Ağasiyev Ənvər Məmmədmirzə oğlu — 1920-ci ildə Dərbənd şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Dağıstan Tibb İnstitutunu bitirdikdən sonra (1942-ci il) cəbhəyə göndərildi. 1943-cü
ildən 1959-cu ilədək Naxçıvanda sərhəd qoşunlarında xidmət etmişdir. 1959-1970-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında DTK sərhəd qoşunları dairə hospitalının şöbə müdiri vəzifəsində işləmişdir. 1959-cu ildən yaşına görə ehtiyata
buraxılanadək (1986) Azərbaycan SSR DTK hərbi- tibb xidmətin rəisi olmuşdur. «Şərəf nişanı» və «II dərəcəli Vətən muharibəsi»
ordenləri ilə, «Qafqazın müdafiəsinə görə», «Almaniya
üzərində Qələbəyə görə», «Döyüş xidmətlərinə görə», «Qüsursuz xidmətə görə» I və II dərəcəli, «Dövlət sərhədlərinin müdafiəsində fərqləndiyinə görə» və başqa medallarla təltif edilmişdir. «Ermənistan SSR əməkdar həkimi», «Azərbaycan
SSR əməkdar həkimi», «SSRİ səhiyyə əlaçısı» fəxri
adlarını almışdır. Tibb xidməti polkovnikidir.
1993-cü ildə vəfat etmişdir. Bakı şəhərində dəfn
olunmuşdur.