Akay Murtazayev: “Mən hesab edirəm ki, istedadlı gənclərin respublikadan uzaqlaşmamaları, onu tərk etməmələri üçün müxtəlif proqramlar tərtib etməklə onları iş birliyinə cəlb etməyin yolunu tapmalıyıq”

Rusiya elmi mərkəzinin müxbir üzvü, REM Dağıstan federal tədqiqat mərkəzinin sədri Akay Murtazayev Sergey Melikovun rəhbərliyi altında altı ay ərzində görülən işlərə nəzər salaraq , yeni rəhbərliyin həlli prioritet sayılan məqsəd və vəzifələrin ,pespublikanın iqtisadi- sosial məsələlərinin inkişafında ali təhsil ocaqlarının və elmi- tədqiqat icmalarının bu məsələlərdə yaxından aktiv iştirakı vurğulandı . “ DR dövlət başçısı respublikanın elmi- texniki, elmi- strateji inkişafında elm sahəsində çalışan insanların bu işə cəlb edilməsinin vacib olduğunu söyləyib. Dövlət başçısı onu da diqqətə çatdırıb ki, müasir dövrdə heç bir qlobal problem elmi yanaşmasız öz həllini tapa bilməz. Bunun təsdiqi olaraq COVİD- 19 qarşı vaksinin RF akademik institutlarından birində tədqiqatının

aparılması “məsələsi A. Murtazayev tərəfindən diqqətə çatdırılıb .Bununla belə DFTM REM sədri hesab edir ki, bacarıqlı, istedadlı gənclərin, mütəxəssislərin mərkəzi regionlara axınının qarşısını almaq üçün tədbirlər görülməlidir. İstedadlı gənclərimiz mərkəzi regionlara , oradan da qərb ölkələrinə keçərək Çinə, İndoneziyaya, Koreyaya üz tuturlar.Bu da, hesab edirəm ki, bizim üçün ürəkaçan mənzərə deyil.

Hesab edirəm ki, müxtəlif proqramların işə salınmasına nail ola bilsək, istedadlı gənclərimizin respublikada qalıb işləmələrinə şərait yarada bilərik.Sevindirici haldır ki,subyektin rəhbərliyi bunu düzgün başa düşür.Hesab edirəm ki, vacib məsələlərdən biri də indiki dövlət rəhbərliyi yanında elm və təhsil şurasının yaradılması işinə start verilməsi bu baxımdan lap yerinə düşür.Şuranın bu yaxınlarda keçirilən ilk iclasında geniş müzakirə aparılıb və həlli tələb olunan bir çox məsələlərin müzakirəsi də bu iclasda yer alıb.Beləliklə, fundamental akademik elmin rolu, strateji istiqamətdə sosial- iqtisadi, texnoloji, yenilikçi istiqamətlərin respublikanın inkişafında əhəmiyyəti barədə və Dağıstan icmasının “PRİORİTET-2030” federal proqramında fəal iştirakından danışan Akay Murtazayev sonda respublikanın bu istiqamətdə gördüyü işlərin düzgün kurs aldığını, respublikanın rəhbərliyi qarşısında həllini gözləyən bir çox məsələlərin də həllini tapacağına qətiyyətlə əmin olduğunu da bildirdi.