Aleksandr Novak və Sergey Məlikov «Uytaş»hava limanının yenidən qurulmasının ikinci mərhələsi ilə tanış olublar

Layihə Perron və yönəldici yolların yenidən qurulmasını, hava gəmilərinin buzlanmaya qarşı maye ilə işlənməsi üçün meydançanın, uzunluğu 3200 metr olan yeni süni uçuş-enmə zolağının və üç yönəldici cığırla 45 metr enində, qəza-xilasetmə stansiyasının və təmizləyici qurğuların tikintisini, həmçinin mühafizə texniki vasitələri ilə perimetrlik hasarın, patrul yolunun, nəzarət-buraxılış məntəqəsinin və bir sıra digər işlərin görülməsini nəzərdə tutur.
Aerodrom elementlərinin süni örtükləri geniş füzelyajlı və uzaq məsafəli hava gəmilərinin qəbulu üçün yüksək möhkəmlik xüsusiyyətlərinə malik olacaqdır.
2021-ci ilin qiymətlərində layihənin dəyəri 10,5 mlrd. rubl təşkil edir.həyata keçirilməsi federal büdcənin vəsaitləri hesabına planlaşdırılır.