Ana ən müqəddəs varlığdır

Özüm ana olmasam da, Ata Ana qədir-qiymətini hər zaman bilmişəm. Mənim Anam çox zəhmətkeş, qayğıkeş və mehriban bir xanım olub. Anamın xanım-xatınlığı hər halından bəlli idi. Gecələri təndirdə çörək bişirib, bulaqdan su gətirərdi. Rükəl kəndi, Uca bir Dağ üstündə olduğundan. Su gətirmək üçün, səhənglə kəndin bütün xanımları bulağa gedərdilər. Gündüzləri isə, kolxoz çöllərində, pomidor sahələrində işləyirdi ki, övladları heç kimsəyə möhtac olmasın. Sonra isə, övladları böyüdükdən sonra, onlara toy edib xoş günlərini görmək arzusu ilə elə o cür zəhmət ilə də çalışırdı.

Deyirlər, cənnət Anaların ayağı altındadır, bunu hər kim deyibsə halal olsun. Mənim bu dünyadakı cənnətin də, həyatım da Anamın rəsmindədir. Mən elə indi də, xoşbəxt anımı da, çətin anımı da onun şəkli ilə paylaşıram və rahat oluram.
Mən öz Anasına həddən artıq bağlı bir insan olmuşam. Elə ona görə də, mən öz Anamla olan qısa xatirələri yazıb təqdim etdim. Hətda şeirlərində, mahnılarımda da, Anam mənimlədir.
Qarşıdan Analar günü gəlir, mən də bu münasibətlə bütün Anaları ürəkdən təbrik edirəm. Həyatda yaşayan Analarımıza can sağlıqı, dünyadan köçən Analarımıza, başda öz Anam olmağla, Allahdan rəhmət diləyirəm. Ana Müqəddəsdir, Ana əvəzolunmazdır. Analarımızın qədrini sağ ikən bilib, onlara qiymət verməliyik, çünki, övladını hər səhvi ilə, doğrusu ilə sevən və qoruyan tək insan Anadır. Əziz Analar, Bayramınız Mübarək!
Əzizlərim, mən sizləri, öz Anadır şeirimlə təbrik edirəm.

Anadır

Durub yol üstə gözləyən,
Hər anımızı izləyən,
Bizi sevən, əzizləyən,
Ürəyi yanan Anadır.

Mələk kimi göydən ənən,
Bizimlə uşağa dönən,
Xoş günümüzə sevinən,
Ən böyük insan Anadır.

Ürəyin də mərhəməti,
Öz sözündə dürüst, qəti,
Bizə öyüd, nəsihəti,
Verən qəhrəman Anadır.

Səsi ipəkdən də ipək,
Ən xoş arzu, ən xoş dilək,
Hekaye, dastan nə gərək?
Tükənməz dastan Anadır.

Zeynəbəm, ayrı sözüm yox,
O gedib, sanki gözüm yox,
Anasızlığa dözüm yox,
Dərdimə dərman Anadır.

«Dərbənd» respublika qəzetinin ştatdankənar müxbirə, şairə Zeynəb Dərbəndli!