Arzu etmək gözəldir


Yeni il öncəsi inanırıq ki, hər kəs bir çox arzu edir. Bu arzular hər il olur, hər il olduğu kimi də, arzular müxtəlif olurlar. Artıq iki ildən çoxdur ki, arzuların başında bir arzu da dayanır. O arzu ki, onu uşaqdan böyüyə edir. Bu arzu «Covid-19″un olmadığı bir ilin gəlməsindən başqası deyil.
İki ildən artıq insanların içinə, bir gözə görünməz sehirbaz kimi daxil olub, hər kəsi vəsvəsəyə salan koronavirus illəti, insan həyatına böyük təhlükələr yaratmağda davam edir. Onun adını baxça uşaqları belə, əzbər bilir. Onun pəncəsindən qurtarmaq üçün, hamı can atır. Can atır deyəndə ki, hərə bir cür. Kim özünü aldadaraq, kimisə sözün əsil mənasında bunu edir.
Bu xəstəlik insanların sanki həyatı ilə oynayır və onların həyatına son belə verə bilir. Bir dəfə xəstələnən insan arxayın ola bilmir ki, bir daha xəstələnməyəcək. Min cür adlarla, min cür formalarla insanların sağlamlığına istədiyi kimi ziyan vurmaəı bacarır. İmunitet zəifliyi, təyziqin qalxıb düşməsi və.sair və ilaxır.
Elə buna görə də, yeni il axşamı uşaqdan böyüyə kimi, eyni arzunu edib. Allah bütün insanların arzusunu versin, hər kəsə virussuz və heç bir xəstəlik olmayan bir ömür arzu edirik. Dünyada ən önəmli olan can sağlığıdır, Allah heç kimsəni canı ilə sağlamlığı ilə imtahana çəkməsin amin.
M. Seyidov