Dərbənd şəhərində “Avain” adlanan ərazinin inkişaf etdirilməsi baxımından yeni layihə planı hazırlanmışdır. Bu investisiya layihəsi “Yeni torpaq” dizayn- məsləhətçi şirkəti və Niderland Drom firması tərəfindən şəhərin şimal hissəsində yerləşən “Avain” yaşayiş ərazisinin inkişaf etdirilməsi məqsədilə hazırlanaraq təqdim olunmuşdur.Layihəsi nəzərdə tutulan ərazi vaxtilə daş karxanasına mənsub olduğuna görə 23 hektarlıq bu sahənin yenidənqurma və inkişaf etdirilməsinə böyük ehtiyac var.
Bu gün “Avain”-də təhsil ocaqlarının, məktəbəqədər tədris müəssiələrinin, mədəniyyət və istirahət mərkəzlərinin ,ticarət və sosial obyektlərin yoxluğu üzündən bu ərazi şəhər əhalisinin nəzərində aşağı səviyyəli məkan təəssüratı yaradır.
“Avain” investisiya meydanına çvrilməli, şəhər əhalisinin və turistlərin buraya cəlb edilməsi üçün lazımı şərait yaradılmalıdır.
Burada rahat yaşayış yerləri, istirahət və mədəniyyət mərkəzləri,nəqliyyat və rabitə əlaqələri,yeni şəhər meydanı, rahat park yerləri və s. yaradılması nəzərdə tutulmuşdur.Bütün bu işlər insanların buradan getməməsinə ,əksinə ,insanların buraya cəlb edilməsinə müsbət təsirini göstərəcəkdir.Onu da nəzərə çatdıraq ki, buradakı əsas aparıcı küçələrdə yenidənqurma işləri görülməsi də əsas diqqət mərkəzindədir.