Axşam çayının ləzzəti


Dərbənd taa dövrü qədimdən öz mahalları, dar küçələri ilə dillər əzbəridir. Dərbəndin doqquz mahalında yaşayan bütün insanlar, bir-birinə mehriban və doğmadırlar. Onların bir-birlərinə olan mehribanlığı görəndə, adam elə bilir ki, hamı bir ailədir. O qədər onlar mehriban olublar ki, hamın da bir-birlərinə qohumluqları var.
Mahallar da yaşayan Dərbənd əhalisi, Dərbəndlilər ta keçmişdən hər axşam bir araya toplanıb çay içər və söhbətləşərdilər. Bu adət ən-ənə indinin özündə də davam etməkdədir. Ulu atalarının, nənələrinin adətlərini hər tərəfli qoruyub saxlayan Dərbəndlilər, indi də eyni adətlərlə yaşayırlar. Elə bu gün də bu qayda öz yerini tutur, Dərbəndlilər hər axşam kişilər bir stolda, qadınlar bir stolda bir arada çay içirlər.
Düzdür, indi düşünərsiz ki, çayı hər kəs evlərində də çayı içmək olar. Amma belə mehribanlığla bir arada, doğmacasına içilən çayın ayrı ləzzəti var. Fürrəngi çay, özü də tikə qəndlə o ayrı bir aləmdir. Bu gün də bu tablo, kənardan baxan hər kəsə gözəl görünür. Bura gələn hər kəsi, məhs elə bu mənzərə heyran edir. Dərbəndin qədim adət ən-ənələri, qonağpərvər insanları, bir-birlərinə olan mehribanlığı gən qonağların da könlünü oxşayır. Bəlkə də, elə ona görə bu şəhər sevilir.
Dərbəndin 1-ci mahalının gözəl xanımlarının, belə mehribanlığını görəndə, adam daha da yazmaq üçen ilhama gəlir. Bax bu məqamda, belə bir şeir gəldi.

ƏZƏLDƏN DƏRBƏND

Dar olsada mahalları,
Mehribandır insanları,
Dörd tərəfi hasar, barı,
Belədir əzəldən Dərbənd.

İnsanları axşam çağı,
Olurlar çayın qonağı,
Ətri gəlir meşə, bağın,
Belədir əzəldən Dərbənd.

Qonşular da deyə, gülə,
Pay ötürür əldən-ələ,
Keçmişi də gəlir dilə,
Bələdir əzəldən Dərbənd.

Zeynəb də yazır söz, şeir,
Bulağları nəğmə deyir,
Adam yaşamaq istəyir,
Belədir əzəldən Dərbənd.

03 06 2022.
Z. Dərbəndli