Azərbaycan Dövlət dram teatrına səyahə

Bu ilin aprel ayının əvvəlində Dərbənd şəhərində yerləşən 6 saylı internat məktəbinin şagirdləri həmin məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliminin müsayiəti ilə şəhərimizin mərkəzində yerləşən ,lakin tikintisi hələ də,təəssüflər olsun ki, başa çatmayan Azərbaycan Dövlət dram teatrının qonağı olmuşlar.Məktəbliləri bu mədəniyyət ocağına görəsən hansı maraq çəkib gətirmişdi? Yəqin ki, xalqımızın zəngin mədəniyyətinə ,ədəbiyyatına olan maraq.Əlibəyova Samaya Sadıqovna dərs dediyi şagirdlərinə təkcə Azərbaycan dilini öyrətməklə kifayətlənmir, onun tez- tez şagirdləri ilə birgə təşkil etdiyi maraqlı tədbirlər məktəblilərin ruhunu oxşayır və eyni zamanda da onlarda ədəbiyyata sonsuz maraq hissini də artırır. Bunun nəticəsi olaraq Samaya Sadıqovna şagirdlərini teatrın işi ilə yaxından tanış etmək məqsədilə onlarla birlikdə Azərbaycan Dövlət dram teatrına səyahət edirlər. Orada şagirdləri teatrın direktoru Firdovsi Əsgərov,teatrın quruluşcu rejissoru Yaqut xanım Xandadaşova çox mehriban və səmimi qarşılayaraq onları teatrın iş rejimi ilə qismən tanış etmək məqsədilə operatorun işi ilə,geyim üzrə rəssamın işi,teatr rəssamı, aktyor və rejissorun işi barədə də onlara məlumat verdikdən sonra şagirdləri tanış olduqları peşə sahiblərinin iş otaqları ilə də tanış etdilər.Teatra səyahət şagirdlərin ürəyincə olmuş və onlarda Azərbaycan mədəniyyətinə , incəsənətinə rəğbət hissini daha da yüksəltmişdir. Ümid edirik ki, onların da arasında bu peşələrdən hansınasa yiyələnmək istəyənlər də tapılacaqdır.