Azərbaycan Dövlət İqtisad

Universitetinin Dərbənd filialının meydançasında Azərbaycan Respublikası Gününə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
Tədbirin əvvəlində Rusiya Federasiyasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında videomaterial təqdim olundu. Təntənəli tədbir Azərbaycan Dövlət Dram Teatrının artistlərinin ifasında böyük konsert proqramı ilə davam etmişdir.
Tədbir zamanı Azərbaycan Respublikası Günü münasibətilə «Drujba narodov» medalı ilə təltif edilmiş, Azərbaycan Dövlət Dram Teatrının quruluşçu rejissoru Yaqut Xandadaşova, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Diana Əliyeva, «Dədə Qorqud» fondunun sədri Rafiq Mövsümov və Dərbənd Rayon başçısının köməkçisi əsədulla Paşayev mükafatlandırılmışdır.
Qeyd etmək lazımdır ki, «Xalqlar Dostluğu» medalı Azərbaycan Milli — Mədəni Muxtariyyəti tərəfindən təsis edilib.Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının meydançasında Azərbaycan Respublikası Gününə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
Tədbirin əvvəlində Rusiya Federasiyasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında videomaterial təqdim olundu. Təntənəli tədbir Azərbaycan Dövlət Dram Teatrının artistlərinin ifasında böyük konsert proqramı ilə davam etmişdir.
Tədbir zamanı Azərbaycan Respublikası Günü münasibətilə «Xalqlar dostluğu» medalı ilə təltif edilmiş, Azərbaycan Dövlət Dram Teatrının quruluşçu rejissoru Yaqut Xandadaşova, Dərbənd şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Diana Əliyeva, «Dədə Qorqud» fondunun sədri Rafiq Mövsümov və Dərbənd Rayon başçısının köməkçisi Əsədulla Paşayev mükafatlandırılmışdır.
Qeyd etmək lazımdır ki, «Xalqlar Dostluğu» medalı Azərbaycan Milli — Mədəni Muxtariyyəti tərəfindən təsis edilib.