Martın 25-də Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının binasında,
Dərbənd şəhər NSAA Gənclər Şurası və Dərbənd şəhər yerli Birləşmiş Rusiya SBI Gənclər Qvardiyası şöbəsinin fəalları. DMSSR-in 100 illiyi-nə thəsr olunmuş, tələbələr üçün təşkil olunan elmi konfransda iştirak ediblər. Bu elmi-praktik konfransı, tələbələrin iştirakı ilə Dağıstan Respublikasının tarixinə dair keçirilib. Konfransda Cənubi Dağıstanın hər yerindən tələbələr və Dərbəndin gənclər birliklərinin nümayəndələri iştirak ediblər. Dinləyicilər arasında marağı artırmaq üçün ən fəal və erudit iştirakçıları mükafatlandırmaqla “sual-cavab” formatında respublikanın mühüm tarixi hadisələrini bilmək üçün bir oyun keçirilib. Xalq sənətkarlığı və turizm kollecinin təşkil etdiyi bir səhnəcik də nümayiş olunub.
DPPK-nın tarix müəllimi, Müftilik nümayəndəsi Cəfər Cəfərov konfrans mövzusu ilə bağlı məruzələrlə çıxış edib. Və bələliklə də, konfrans iştirakçıları, tamaşaçı qismində tədbirdə olan hər kəsi, öz çıxışları ilə heyran ediblər. Tələbələrin, Dağıstanın tarixini mükəmməl bilməsi, bütün müəllim və pedagog heyyətini sevindirib. Çünki, hər bir gənc, öz vətəninin tarixini bilməlidir. Dağıstan Respublikasının da, böyük və yaddaqalan tarixi az deyil. Bu konfransda bir daha məlum oldu ki, bizim vətənimizin gələcəyi də, isdedadlı gənclərimizin əllərindədir. Bir daha, Dağıstanın qorunmasının 100 illiyi münasibətilə, bütün Dağıstanlıları təbrik edirik.
M Seyidov.