Azərbaycan üzvi və halal məhsulların istehsalında Rusiyanın əsas tərəfdaşlarından birinə çevrilə bilər

 

Azərbaycan üzvi və halal məhsulların istehsalında ölkənin əsas tərəfdaşlarından birinə çevrilə bilər. inCity.az xəbər verir ki, bunu Rusiya Federal Məclisi ilə Azərbaycan Milli Məclisinin əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyasının iclasında Federasiya Şurasının birinci vitse-spikeri Andrey Yatskin deyib.

“Hazırda Rusiyada Azərbaycan müəssisələri ilə birgə kənd təsərrüfatı layihələri hazırlanır, ərzaq məhsulları və kənd təsərrüfatı texnikasının tədarükü sahəsində perspektiv əməkdaşlıq qurulub. Ölkəmiz qarşılıqlı tədarükün məhsul çeşidinin həcminin artırılmasında maraqlıdır. Mən ekoloji və halal məhsulların istehsalı kimi sürətlə inkişaf edən sahələrə diqqət çəkmək istərdim. Azərbaycan Respublikası bu sahələrdə əsas tərəfdaşlardan birinə çevrilə bilər”, — senator bildirib. O, parlamentin müvafiq komitələrindən bu məsələlərə ikitərəfli əməkdaşlıq çərçivəsində baxılmasını xahiş edib. Yatzkin həmçinin bildirib ki, Rusiya bu cür məhsulların istehsalı üçün standartların qarşılıqlı tanınması ilə bağlı maraqlı ölkələrlə fəal işləyir. «Ümid edirik ki, bizim və azərbaycanlı həmkarlarımız əməkdaşlığın yeni istiqamətinə maraq göstərəcəklər», — Federasiya Şurasının birinci vitse-spikeri bildirib.