Azad şeirli şairə


Dağıstanımız çoxmillətli olduğunu, hər yazıda qeyd edirik. Bu da bizim dağlar diyarımızın müqəddəsliyi və qürurudur. Burda doğulub boya başa çatan hər kəs bir neçə dil bilir, çünki burda Azərbaycan, ləzgi, avar, qomuq və bir çox dillərdə danışan millətlər yaşayır. Bu dillərin arasın ən çətin sayılan tabasaran dilidir. Hər dilin öz alimi, öz müəllimi, öz şairi var. İndi sizə söhbət açmaq istədiyim xanım mehriban və qayğıkəş ana, gözəl ailə başçısı, dəyərli müəllim , isdedadlı şair və ən önəmli isə gözəl insan Cəmilə Arakskayadır. O, Tabasaran rayonunun Arak kəndində doğulub boya, başa çatıb. Uzun illər müəllim işləyib, hal-hazırda təqaüddədir. O həm 5 övlad anasıdır, həm gözəl ailə başçısıdır, mehriban nənədir, həm də yuxarıda qeyd etdiyim kimi də gözəl şairədir.
Cəmilə Arakskaya üç dildə yazıb yaradır, Azərbaycan, Rus və Tabasaran dillərində. Hər üç dildə də kitabı çapdan çıxıb. Ən önəmli də, hər üç dilə doğma və həssas yanaşır. Onun üçün dil, ən müqəddəsdir. Çünki hər bir xalq, dili və mədəniyyəti ilə tanınır. Cəmilə xanım isə, hər üç dildə yazdığı üçün, Tabasaran rayonunda olduğu kimi də, Dərbənd rayonunda da tanınır və sevilir. Şeir yazmaq isə, onun lap uşağlıq arzusu olub, gördüyü hər bir hadisəni qələmə almağı çox sevir. Mən onu bir neçə il öncə Dərbənd şəhər mərkəzi kitabxanada görmüşdüm. O, kitabxanada keçirilən poeziya tədbirlərinin birində, Tabasaran rayonundan təşlif etmişdi. Həmin gün ona söz verildi o da yazdığı şeirləri elə sevə-sevə oxuyurdu ki, adam o şeirdən çox onun şeirə olan sevgisinə həsəd aparırdı. Yazdığı şeirlərə elə həssas yanaşır ki, az qala onları büllur qab kimi əlindən yerə qoymadan saxlasın. O, övladlarına da, belə qayğı və sevgi ilə yanaşır. Bu yaxınlarda onun bir kitabı əlimə keçdi, orda onun oğlu ön söz yazmışdı. O kitabdakı ön sözü oxuyarkən, onun övladlarının da ona olan sonsuz sevgisini gördüm. Bəlkə də, Cəmilə Arakskayanın xoşbəxtliyi də, elə bundadı. Övladın anaya olan saf sevgisi, onun sənətinə verdiyi dəyəri. Bir yaradıcı insan üçün, bundan gözəl və qiymətli nə ola bilər?
Əhmədova Cəmilə Hacıəhmədovna «Cəmilə Arakskaya». Bir insanın ürəyində, nə qədər bitib tükənməyən sevgi var. Vətənə, torpağa və doğulduğu kəndə. O, öz doğma kəndinin adını, öz ad ilə yanaşı daşıyır, onu özünə ləğəb götürüb. Onun vətəninə, torpağına olan sevgisini elə onun ləğəbində görmək olur. Hər bir kitabı işığ üzü görəndə, o bir uşağ kimi kövrəlir. Çünki o kitablarına da, doğma övladları kimi həssas yanaşır. Onun «Atamla söhbət» (Beseda s otsom) adlı poeması 2000 -ci ildə işığ üzü görüb, şairənin dediyinə görə. «O gün sanki mənə, başqa bir dünya bəxş olunmuşdu. Mən, öz beyninin məhsulunu dərmişdim, ilk nübarını hədiyyə almışdım. Bilmirdim ağlayım yoxsa sevinim. Düzünü desəm, o hissi heç bir söz ilə ifadə edə bilmirəm»
Şairə Cəmilə Arakskaya dəfələrlə rayon televiziyasında çıxıb edib, Tabasaran və Dərbənd rayonlarının bir çox orta məktəblərində tədbirlərdə fəal iştirak edib. Bugün Cəmilə Arakskaya, Tabasaran rayonunda tanınıb və sevilən şəxsiyyətlərdəndir. Onun adı Tabasaran rayonunun 85 illiyinə həsr olunmuş “Zamanla ayaqlaşan” adlı kitabda xüsusi qeyd olunub. Onun Tabasaranın gözəlliyə həsr etdiyi şeirlərdə, bəlkə də başqalarının görə bilmədiyi gözəlliklər var. Çünki, özünün xəyalında olan Tabasaran rayonunu vəsv edir. Dərbənd şəhərində keçirilən tədbirlərdə də, tez-tez iştirak edir. O cür uzun yolu, gəlib poeziya gecələrinə qatılmağı, onun poeziyaya olan sevgisinin sübutudur. Qeyd etdiyim kimi, şeirini kağızdan əlavə ürəyində də həssas daşıyır Cəmilə xanım.
Onun yazıb yaratmağa, dünyaya, kainata olan sevgisi. Onun yazdığı şeirlərində, açıq aşkar görünür. Bizim ağbirçək şairəmiz, özündən sonra bir iz qoymaq istəyir və o bunu demək olar ki, bacarır. İnsanlarla mülayim, mehriban davranışı, sadəliyi, rəhmdarlığı ilə, hər kəsin ürəyimizdə öz yerini qazanmağı bacarıb. Bu yaşda sənətə bu qədər vurğunluğu, mən deyərdim indiki gənclər üçün bir məktəb olmalıdır. Yorğunluq bilmədən, yazıb yaradır və hər bir tədbirə qatılır. Bu özü elə bir igidlikdir, cəsurluqdur.
Cəmilə Arakskaya həyatın acısını, şirinini dadarab bu günə gəlib çatıb. Ona görə də, şeirlərində bütün bunları əks etdirə bilir. Mən onun şeirlərinə azad və sərbəst şeir demək istərdim. Onun yazıları, şeirləri çərçivəyə sığmır. Elə buna görə də, onun haqqında yazdığım bu yazıya, azad şeirli şairə adını verdim.
Onun müəllim işlədiyi illərdə, şagirdlərinə olan sevgisi, qayğısı hələ də dillərdədir. Onu tanıdığım ildən bəri, onun şeirlərində sadəcə onun dünyaya sevgisini gördüm. Sevgi elə bir hissdir ki, onu insan baxışında belə bildirə bilər. Cəmilə Arakskaya, öz sevgisini sözlə belə gözəl ifadə edə bilir. Onun yeni yazdığı şeir elə, bütün mənim burada yazdığlarımın sübutudur.
Mən də həm öz adımdan, həm də «Dərbənd» respublika qəzetinin kollektivi adından Cəmilə Arakskayaya sənətində uğurlar, müvəffəqiyyətlər və ən önəmli də can sağlığı arzulayırıq.
M. Seyidov