Iki ildən çoxdur ki, öz varlığı görünməyən silahını başımıza dirəyən bu murdar xəstəlik. Koronavirus zırraması, insanların həyatını təhlükə altında saxlayır.
Verilən məlumata görə, xəstəlik bir az azaldığı bildirilir. Buna baxmayaraq, ölümlər hələ də davam etməkdədir. Insanları ölüm qorxusu təhlikəsi və xəstələnmək vəsvəsəsi ilə əsir götürən «Kovid-19» özünün varlığı ilə dünyaya meydan oxuyur. İnsanlar hər an nəsə olacağı həyəcanı ilə yaşamağa davam etməkdədir, həm qorxu, həm həyəcan. Bir sözlə onu hansı sözlə ifadə edəcəyimizi belə bilmirik.
Elə çox istərdim ki, artıq korona yoxdur ifadəsini yazım. Amma nə etmək olar, bu bizlərdən asılı olan bir şey deyil. Bu xəstəliyi xəstələnib müalicə olunan insanlarda belə, hansısa bir fəsad buraxır. Kimisində yaddaş itirmə, kimisində xronik öskürək, kimisində əsəb. Allah bizlərə bu amansız və silahsız fiziki müharibəyə qalib gəlməyi nəsib etsin. Amin. Hər birimizə sağlam ömür, bu xəstəliyə sinə gəlməyə güc və xoşbəxtlik arzulayıram.
M. Seyidov