Bayramınız Mübarək


Əziz xalqım, əziz Dərbəndlilər. Sizi öz saflığı və gözəlliyi ilə gələn, Novruz Bayramı münasibətilə təbrik edirəm. Bu bayramın ruzu, bərəkəti evlərinizə dolsun, süfrəniz hər zaman bərəkətli və açıq olsun. Bu bayramda küsülülər barışır, hər kəs bir-birinin evinə bayram təbrikinə gedib gəlir. Ulu əjdadımızdan bizə əmanət qalan, bu gözəllik və saflıa bayramını, bizlər də gələcək nəsillərimizə çatdırmalıyıq. Qoy heç bir ananın gözü yaşlı olmasın, heç bir bacı qardaş acısı, heç bir xanın ailə dərdi çəkməsin. Müharibə olmasın, sülh və əminamanlıq bizlərlə olsun. Əziz xalqım, bu bayram təbiətin gözəllik bayramıdır. Hər kəsə bu bayramın, gözəllik və saflığını arzulayıram.
T. Ələkpərov
«Dərbənd»respublika qəzetinin baş redaktoru.