Bir əsirlik ölməzlik


Dağıstan hər zaman cəsur oğulları, qeyrətli qızları ilə tanınıb. Bu il 2023-ci il, dahi Rəsul Həmzətovun 100 illik yubileyi ilə əlaqədar «Rəsul kli» kimi qeyd edilir. Dağıstanın bütün yazarları kimi şairin şərəfinə kitab çapa hazırlayır, kimi onu tərcümə edir. Bizim Dərbəndimizjn tanınmış, sevilən şairəsi Zeynəb Şəmsətdinovna İbrahimxəlilova (Zeynıb Dərbəndli) də, öz dəsti-xətti ilə gözəl bir poeziya çələngi hazırlayıb.
Aprelin 26-da Dərbənd şəhər 6 nömrəli internat məktəbində şairə Zeynəb Dərbəndli Dağıstanın xalq şairi Rəsul Qəmzətovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Ədəbi-musiqili kompozisiya” keçirmişdir. Zeynəb Dərbəndli şairin bir çox şeirini Azərbaycan dilinə tərcümə edib. Dahi Rəsul Həmzətovun «Durnalar» mahnısını sözlərini Azərbaycan dilində öz tərcüməsi ilə Zeynəb Dərbəndli ifa edib. Bu mahnıda, məktəb uşağları «Durnalar” rəqsi ilə gözəl bir rəqs də hazırlayıblar. Zeynəb Dərbəndli həmçinin sözləri Rəsul Həmzətova, musiqisi Elmir Mədətoğluna məxsus “Dağıstanım” mahnısını da çox gözəl və məharətlə ifa edib. Zeynəb Dərbəndli Rəsul Həmzətovun poeziyasına olan sevgisini, bu mahnılı, şeirli kompozisiya ilə nümayiş edib. Şairə Rəsul Həmzətova həsr etdiyi şeirləri və onun şeirlərindən etdiyi tərcümələrlə bir gözəllik yaratmışdı. Uşağların möhtəşəm çıxışları, onların öz doğma dilində poeziyaya bu cür sevgisini görməmək qeyri mümkün idi. Hər bir şagird şeirləri sevə-sevə, can ürəkdən səsləndirirdi.
Tədbirdə qonaqlar da iştirak ediblər: Dərbənd rayon icra başçısının məsləhətçisi
Ehtibar Sahidoviç Namətullayev,
Dərbənd şəhər mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru, Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi Diana Hafizovna Əliyeva, «Dərbənd» respublika qəzetinin məsul katibi Aina Məmmədova,
6 saylı internat məktəbinin tədris hissəsinin müdiri Aida Abdulovna Zamanova, məktəbin tədris hissəsinin rəhbəri, Kənarə Sənanovna Əliyeva, Mahiyət Abzetdinovna Abdullayeva habelə 6 nömrəli internat məktəbinin müəllimləri iştirak ediblər. Tədbirdə olan bütün iştirakçılar, bu möhtəşəm tamaşadan demək olar ki, böyük zövq aldılar. Tədbirin sonunda, şairə Zeynəb Dərbəndli qonağlara söz verib.


Qonaqlar da öz çıxışlarında uşaqları yüksək qiymətləndiriblər, onların belə həvəslə hazırlanmağlarına göfə həm Zeynəb Dərbəndliyə, həm də məktəbin ana dili və ədəbiyyatı müəllimi Samayə Sadiqovna Əlibəyovaya xüsusi təşəkkür ediblər. Şairəyə gələcək işlərində, yaradıcılığında uğurlar arzuladılar. Samayə müəllimə öz çıxışında «Mən Zeynəb xanımı ilk tanıdığım gündən, onun yaradıcılığının vurğunuyam. O, hər sətirini sanki insanın ürəyinin telləri ilə toxuyur. Mənim şagirdlərim Zeynəb Dərbəndlini o qədər çox sevirlər ki, onun bura hər gəlişi sanki bir bayram olur. Şaurənin şeirləri uşağların dilindən bal kimi süzülür, bu tədbiri də uşağlar bizimlə bərabər sevərək hazırladılar. Mən həm gözəl şairəmizə, həm də uşağlarımıza ilk öncə can sağlığı və uca zirvələr arzu edirəm. Zeynəb Dərbəndli, bu kompozisiyanı hazırlamaq üçün mənə müraciyət edəndə, dszü çox sevindim. Çünki o, bu müqəddəs missiyanı mənə etibar edir deyə. Hər ikimiz bu tədbirə ürək qoyduq. Hamımıza uğurlar»-deyə vurğulayıb. Kənarə Sinanovna » Biz Zeynəb Dərbəndlidən bir çox yeniliklər görmüşük, onun şeirləri, mahnıları bugün ən seviləndir, dillər əzbəridir. Amma onun bugünki yeniliyi isə, məni lap heyran etdi. Onun Rəsul Həmzətovun məşur «Durnalar» mahnısını Azərbaycan dilinə tərcümə edərək, bu cür möhtəşəm ifa etməsi mənim ürək tellərimi titrətdi. Bir söznən, bu qız bizi hər zaman təəccübləndirə bilib. Mən də öz növbəmdə gözəl şairəmizə gələcəkdə yaradıcılığ uğurları və can sağlığı arzulayıram. Şagirdlərimizə əhsən deyirəm, Samayə müəlliməni isə xüsusi olaraq alqışlayıram»-deyə qeyd edib. Ehtibar Sahidoviç də » Mən deyərdim Zeynəb Dərbəndli bizim Dərbəndimizin fəxridir, ürəyidir, söz xəzinəsidir. Onun bugünki ifaları, yazdığı şeirləri, xalqın ürəyində özünə taxt qura bilməyi, onun əsil sənətkarlığında və insanlığından xəbır verir. Mən də bütün iştirakçılara, Samaya müəlliməyə və xüsusən xə Zeynəb Dərbəndliyə uğurlar arzulayıram»- vurğulayıb. Diana Əliyeva deyib ki, «Dağıstanda, xüsusən də Dərbənddə Azərbaycan poeziyasını Zeynəbsiz təsvir etmək mümkün deyil. O, bugün Dağıstanın xalq şairi Rəsul Həmzətovun xatirən yazdığı və tərcümə etdiyi şeirləri ilə hazırladıəı bu tədbir, onun sənətinin necə ustası olduğunu göstərir. Zeynəb xanım haqqında çox danışmağ olar, bir sözlə o bizim Tumrisimiz, o bizin Natəvanımızdır. Mən də həm uşağlara, həm Samayə müəlliməyə, həm də sevimli şairəmiz Zeynıb Dərbəndliyə eşq olsun deyirəm». O həm də Rəsul Həmzətovun,»Dostluğ şeirini söyləyib. Aida Abduluvna «Zeynəb Dərbəndlinin bizim məktəbə hər gəlişi, bir tarix yazır sanki. Bu jnsan sözü, sənəti, səsi ilə insanların ürəyinə yol tapa bilib. Bugünki tədbir, bir daha onun dahiliyini göstərdi. Mın də uşağlara, Samayə müəlliməyə bu tədbir üçün təşəkkür edirəm. Zeynəb xanlma isə, bu ideyaya görə, həm də «Durnalar»ı belə möhtəşəm ifa etdiyinə görə ona ayrıca təşəkkür edirəm və hər birinə uğurlar arzulayıram»- deyə öz çıxışında bildirib. Mahiyət Abzetdinovna Abdullayeva «Zeynəb Dərbəndli ilə bizim tanışlığımız Samayə müəllimənin tədbirlərinin birində oldu. Onu yaxından tanıdıqca onun həyat sevgisinə, dünya görüşünə, poeziyasına, sənətinə, ən əsas da səsinə vuruldum. Zeynəb xanımın sesjndə bir yanğı var, bəlkə mahnıları onun səsində şirinləşdirən də, elə onun səsindəki o yanğıdır. Bugün də «Durnalar»ı elə ifa etdi ki, adam söz tapa bilmir. Bugünki bu gözəl tədbirə görə, həm mənim dəyərli bacı qədər sevdiyim Samayə müəlliməyə, həm də gözəl şairəmiz Zeynəb Dərbəndliyə həm təşəkkür edir, həm də gələcəkdə uğurlar diləyirəm. Uşağlarımıza isə, həmişə belə dilini sevməyi arzulayıram»- deyə çıxışında vurğulayıb.
Biz də dahi Rəsul Həmzətova Allah rəhmət eləsin deyirik. Şairə Zeynəb Dərbəndliyə isə, gələcəkdə böyük yaradıcılıq uğurları arzu edirik. Onun tərcümə edərək ifa etdiyi «Dağıstanım» mahnısının sözlərini sözlərə təqdim edirik. Bu mahnının musiqisinə görə, Azərbaycanın dilbər güşəsi Astaradan olan tanınmış və sevilən bəstəkar Elmir Mədətoğluna xüsusi təşəkkür edirik.

Rəsul Həmzətov

«Ey Dağıstanım»

Ey mənim qocaman, ər Dağıstanım,
Mən necə adına, səcdə etməyim?
Elə istəyirəm, səninlə qalım,
Durna qatarından, ayrı düşməyim.

Mən nə qazandımsa qoca dünyada,
Hamısı sənindir ey Dağıstanım!..
Nə qədər ordenim, medallarım var ,
Sənin əsərindir ey Dağıstanım!

Sənə təmtəraqlı himn həsr edirəm,
Seirə çevrilən kəlmələrimlə.
Yaşıl meşələrinin gözəl körkünü,
Sarı üzərimə, öz əllərinlə.
H. Aslanov