Dağıstan cəsur oğullar, mərd qızlar məmləkətidir. Cəsurluqdan söhbət düşəndə, İmam Şamil yada düşür, sözdən söhbət düşəndə isə, hər kəlməsi bir dastana bərabər, böyük bir məktəb olan Dağıstanın Xalq şairi Rəsul Həmzətov yada düşür. O Rəsul ki, öz sözü və müdrikliyi ilə öz adını və Dağıstan poeziyasını böyük hərflərlə, dünya mediyasına yaza bilib. Dağıstanda yenicə dil açmış körpə də, Rəsul Həmzətovun adını əzbəd bilir. Mənə elə gəlir ki, onu tanıtmağa ehtiyac yoxdur. Amma mən bh kiçik yazıda, pnun həyat tarixini, sizlərin nəzərinizə çatdırmaq istədim. Bir anlıq, bir əsirlik ömrə səyahət edək.
Rəsul Həmzətov 8 sentyabr 1923-cü ildə Dağıstanın Xunzax rayonunun Sada kəndində, şair Həmzət Sadasanın ailəsində dünyaya göz açmışdır. Milliyyətcə avardır. Onun ilk müəllimi atası olmuşdur. Rəsul Həmzətov özünün ilk şerini 11 yaşında yazmışdır. Kənd məktəbini bitirdikdən sonra pedaqoji məktəbə daxil olur. Və
1940-cı ildə bir vaxtlar özünün oxuduğu məktəbə müəllim işləməyə qayıdır. Ancaq burada o, çox uzun müddət də işləmir. Bir neçə iş yerini dəyişən R. Həmzətov, avar səyyar teatrında rejissor köməkçisi, «Bolşevik qor» qəzetində və radioda da işləmişdir.
1943-cü ildə ilk şeirlər toplusu – «Sevgi məşəli və acı ədavət» adlı kitabı çap olunur. 1945-1950-ci illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutuna daxil olur və ədəbiyyatın dərin sirrlərinə orada yiyələnir. 1947-ci ildə rus dilində ilk şeirlər kitabı işıq üzü görür. Bundan sonra rus və avar dillərində Rəsul Həmzətovun 25-dən çox kitabı dərc olunmuşdur: «Слово о старшем брате» (Doğma qardaşdan söz) (1952), «Дагестанская весна» (Dağıstan baharı) 1955), «Горянка» (Dağlı qızı) (1958), «В горах мое сердце» (Ürəyim dağlardadır) (1959), «Высокие звезды» (Yüksək ulduzlar)(1962), «Четки лет», (Kəskin illər) «Две шали», (İki şal», «Письмена» (Yazı) və s əsəfləri işığ üzü görüb.
Rəsul Həmzətov 2003-cü il noyabr ayının 3-də vəfat edib. O, Mahaçqalada Tarki-tau dağlarının ətəyindəki qəbristanlıqda, həyat yoldaşı Patimatın qəbri ilə yanaşı dəfn edilib.
Rəsul Həmzətov 10 yaşından şeir yazmağa başlayıb. İlk öncə onun şeirləri avar qəzeti – «Bolşevik qor» da çap olunmağa başlayır. Avarca ilk şeirlər kitabı 1943-də işıq üzü görüb. Artıq 20 yaşında o, SSRİ Yazıçılar İttifaqının üzvü olur. Bundan başqa şairin avar, rus və bir çox Dağıstan və Qafqaz xalqlarının dillərində poetik onluqları, nəsr və publisistik əsərləri, həmçinin «В горах мое сердце», «Высокие звезды», «Берегите друзей», «Журавли», «У очага», «Письмена», «Последняя цена», «Сказания», «Колесо жизни», «О бурных днях Кавказа», «В полдневный жар», «Мой Дагестан», «Две шали», «Суди меня по кодексу любви», «Сонеты» və s. kitabları ona böyük populyarlıq və oxucu məhəbbəti qazandırır.
Rəsul Həmzətovun bir çox şeirlərinə mahnılar bəstələnib. Onun şeirləri bir çox Dağıstan, Qafqaz və Rusiya bəstəkarlarının diqqətini cəlb etmişdir. Yan Frenkel, Oskar Felsman, Polad Bülbüloğlu, Raymond Pauls, Yuri Antonov, Qotfrid Hasanov, Sergey Ağababov, Murad Kajlayev, Şirvani Çalayev və başqa bəstəkarlar Həmzətovla sıx əməkdaşlıq etmişdilər. Həmin mahnılardan Anna Herman, Qalina Vışnevskaya, Müslüm Maqomayev, Mark Bernes, İosif Kabzon, Valeri Leontyev, Sergey Zaxarov, Sofiya Rotaru, Rəşid Behbudov, Vaxtanq Kikabidze, Sergey Ağababov, Maqomad Ömərov kimi bir çox məşhur müğənnilər və artistlər istifadə etmişdilər.
Rəsul Həmzətov Dağıstan Xalq Şairi, Sosialist Əməyi Qəhrəmanı adlarına, eləcə də Lenin mükafatı, Rusiya və SSRİ Dövlət Mükafatı, «XX əsrin ən yaxşı şairi» beynəlxalq mükafatına, Asiya və Afrika yazıçılarının Lotos mükafatına layiq görülüb. O həmçinin Cəvahirləl Nehru, Firdovsi, Xristo Botev, Şoloxov, Lermontov, Fadeyev, Süleyman Stalski və Sadasa Həmzət adına mükafların laureatıdır.
Rəsul Həmzətov müxtəlif vaxtlarda Dağıstan Muxtar SSR-nın Ali Sovetinin deputatı, Dağıstan Muxtar SSR Ali Sovetinin sədr müavini, SSRİ Ali Sovetinin deputatı və üzvü seçilmişdir. Uzun müddət Dağıstan, RSFSR və SSRİ yazıçılar qurultayının nümayəndəsi olmuşdur.
2003-cü ilin sentyabrın 8-də şairin 80 illiyində Rusiya prezidenti Vladimir Putin ona vətən qarşısındakı xüsusi xidmətlərinə görə, ölkənin ən böyük mükafatını bağışlayır. Mahaçqala və Moskvanın teatr və konsert zallarında, həmçinin Sofiya, Varşava, Berlin, Budapeşt və başqa mədəniyyət mərkəzlərinin zallarında Rəsul Həmzətovun poetik gecələri müvəffəqiyyətlə qeyd olunub. Öz doğma avar xalqının böyük oğlu olan Rəsul Həmzətov Dağıstan dağlarındakı kiçik Sada auluna da və bütün yer kürəsinə də eyni dərəcədə mənsubdur. Rəsulun poeziyası – əsrin böyük hadisəsi, əsrin böyük möcüzəsidir. İndi insanlar onun şeirlərindən, atalar sözləri və məsəllər kimi də istifadə edirlər. Çünki onun o uzaqgörənliyi, müdrikliyi zamanın hər dövrünə aiddir. Onun dünyaya gəlişi də, onun doğulub böyüdüyü Sada aulunda toy, bayram olub. Bəlkə də Allah o kəndin əhalisinin ürəyində, onun gələcəyin böyük Rəsulu olacağını salmışdı. Gözünü açıb gördüyü o əzəmətli dağlar, dərin çaylar ona ilha verib. Bu gün R. Həmzətov, hər bir Dağıstanlının fəxr və qiptə edə biləcəyi bir insandır. O ölməyib, o, onu sevənlərin, yaradıcılığına qiymət verənlərin ürəyində yaşayır. Hər insana da, bu cür ölməzlik nəsib olmur. Bəlkə də onun adı, onun cəsurluğu onu bu qədər ucaldıb.
Bir az da, onun Azərbaycana bağlılığından.
Rəsul Həmzətov özü Dağıstan şairi olsa da, Dağıstanda böyüyüb boya-başa çatsa da Azərbaycana, onun xalqına, poeziyasına çox böyük ürəklə bağlı olub. O, özünün nə qədər müdrik şeirlərini Azərbaycana həsr etmişdir. Bakıya, neftçilərə, dəniz şəhərciyinə və özü «böyük ustadım» deyə çağırdığı Səməd Vurğuna. Rəsul Həmzətov hər dəfə Bakıya gələndə elə vağzaldan, yaxud hava limanından maşınını birbaşa Fəxri xiyabana sürdürərmiş, əlində tər çiçəklər böyük ustadın məzarına yaxınlaşarmış. Sirli sükut içində onunla danışıb söhbət edər, ondan sonra – oğulluq borcunu yerinə yetirmiş sənətkar asta, yorğun addımlarla mehmanxanaya yollanarmış. Rəsul Həmzətovun şeirlərinin bir hissəsini Azərbaycan dilinə Tofiq Bayram tərcümə edib. Bu tərcümələrdə mahnıya çevrilən şeirlər də var. Mən bugün böyük fəxarətlə, onun sözlərinə dillər əzbəri olmuş «Əziz dostum» mahnısını dilə gətirmək istərdim. Söz Rəsul Həmzətov,
Azərbaycan dilinə tərcümə Tofiq Bayram, musiqisi Qulu Əskərov
Əziz dostum
Əziz dostum məndən küsüb, incidi,
Yad kimi ayrılıb çıxdı evimdən.
Gəldiyi yolları ot basıb indi
O gedib qalmışam həsrətində mən.
Necə nəğmə qoşum, necə dillənim
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm.
Çaldığım o sazı gətirin mənə,
Görün ki, o sazda necə mahirəm.
Əlim dəyən kimi bircə telinə
Simlər haray çəkib qırılır o dəm.
Bəli, mən bugün böyük qürur hissi ilə deyə bilərəm ki, Rəsul Həmzətov, mənim Dağıstanımın qürur mənbəyi və böyük tarixidir. Mən də bir şairə olaraq, bu kiçik yazımı, ona həsr etdiyim şeirlə bitirmək istərdim.
Rəsul Həmzətovun xatirəsinə
RƏSUL
Qafqazın dostluğ səsi, hönər nəfəsidir o,
Dostluğun təməlini quran, şah kəsidir o,
Bütün dünya içində, haqqın haq səsidir o,
Dağıstanın vüqarı, dahidir dahi Rəsul.
Hər millətə hörməti, sevgisi tükənməzdi,
Saqlığında dünyanı, qarışba qarış gəzdi,
Adı daim yaşayan,sönməzdi, yenilməzdi,
Allahın bizə verən, sözün Allahı Rəsul.
Uşağla uşağ olub, böyüklə böyük idi,
Söz, savaş meydanında o hər zaman yek idi,
Dostluğ, bərabərlikdə öndə idi, tək idi,
Sözü qəlbən qoruyan eşqi, pənahı Rəsul.
Zeynəb qızın səninlə, adınla qürurlanır,
Hər ölkədə işığın, sönmədən daim yanır,
Ruhuna dua edir, adına şeir yazır,
Ədəbiyyat banisi, şeirlər mahı Rəsul.
20 07 2018.
Qəzetin ştatdankənar müxbiri, Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şairə Z. Dərbəndli