Bir əsirlik şərəfli ömür


Odlar yurdu Azərbayca, ta qədimdən igid ərənləri, Tumrisləri ilə tanınıb. Tumris anaların dünyaya gətirdiyi övladları da, bu məmləkətə şərəfli ad gətirib. Bugün sizə belə şərəfli ad gətirən, ən uca zirvədə öz adını və Azərbaycanın adını yazan Ulu Öndər, böyük şəxsiyyət, Milli Lider, xalqın sevimlisi, bir əsirlik şərəfli ömür yaşayan, ölümündən sonra da, xalqın ürəyində yaşamağa davam edən Heydər Əlirza oğlu Əliyevdir. Bu şəxsiyyət haqqından nə qədər də yazsa yenə azdır. Onun şərəfinə kitablar, şeirlər, mahnılar yazılıb, hələ də yazılmağda davam edir. O, bu şərəfli ölməzlik ömrü tarixə qızıl hərflərlərə yaza bilib.
1923-cü ilin may ayının 10-da, dünyaya gələn ulu Heydər baba həm uşağların, həm böyüklərin sevimlisinə çevrildi. Uşağla uşağ, böyüklə böyük olaraq. Dərdli anaların dərdinə şərik olan, köməksiz insanlara əl tutan bu böyük insan, bir əsirlik ömrünü də, belə yola salmağdadır. O həyatda yoxdur, amma hələ də öz xalqı üçün yaşayır.
Bu münvalla Dağıstan Respublikasının Mədəniyyət Nazirliyinin qərarı ilə, 03.05.2023 tarixində. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin Dağıstanın paytaxtı Mahaçqala şəhərində, Dostluq Evinin önündə təntənəli olaraq qeyd edildi. Bu tədbiri Dağıstan Azərbaycanlılarının Milli Muxtariyyatının sədri Rakif Əzizov təşkil etmişdi. İlk öncə Dəyirmi stol, sonra isə gözəl bir konsert proqramı oldu. Konsert proqramının gözəlliyinə, daha da möhtəşəmlik qatan Azərbaycan Dövlət Dram Teatrının artistlərinin hazırladığı npmrələr oldu. Dağıstan Respublikasının əməkdar artisti Sevda Beybalayeva, artistlər Əfsanə Məlikova, Osman və Tamila Mihrabovlar, Zeynəb Dərbəndli. Dağıstan estradasının məşhur ulduzları Ələkbər Şahmuradov, Xurşida İsmayılova və Kaspiy Dövlət Mahnı və Rəqs ansamblı. Konsertin sonunda Azərbaycan teatrının direktoru Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi Firdousi Əsgərov bayram münasibətilə, ora gələn hər kəsə təşəkkür etdi və öz kollektivinə ayrıca təşəkkür etdi ki, doğrudanda onların çıxışı, o məclisə möhtəşəm bir gözəllik qatmışdı.
Sizlərə Ulu Öndər haqqında, kiçik bir məlumatı çadırmaq istərdik. Yuxarıda qeyd etdiyimiz kimi, onun haqqında çox yazmağ olar. Bu yazı isə, onun haqqında kiçik bir xatırlatma olacaq. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. Uşağlığında da o, tay-tuşlarından fərqli bir uşağ llub. Daima başı kitablara qarışıb, həmişə də yaşıdlarına elmdən, tarixdən danışardı. Orta məktəbi bitirib
Naxçıvan Pedaqoji Texnikumuna daxil olub. 1939-cu ildə oranı bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib. Buna baxmayar o, yenə də kitablarından ayrılmır. Onun hələ gənc ikən uzağgörənliyi, onun yolunu xalqını işığlı gələcəyə aparmaq üçün yünəltmişdi.
Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.
1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Beləcə də o, öz xalqının xilaskar rütbəsinə gəlib çatıb. Bugün bəlkə də, ona bənzəmək istəyənlər çoxdur. Amma o, bu dünyaya tək gəlmişdi. Bu xatırlatma da, onun böyüt tarixindən bir zərrədir.
Allah Ulu Öndərə rəhmət eləsin. Yazımın sonunda, şair Baba Vəziroğlunun bu şeiri əlavə etmək istədim. Lap yerinə düşür, çünki o zirvəyə hər kəs ucalıb yüksələ bilməz.

Sən elə bir zirvəsən…

Gözlərində açılır bu millətin səhəri,
Sənin adınla bağlı bu xalqın hər zəfəri.
Qədəmin dəyən yerdə səhralar da gül açır,
Gülüstana çevrilir yurdun kəndi, şəhəri.

Günəş doğur elə bil, harda çəkilir adın,
Dosta fəxarət gəlir, gözü kor olur yadın.
Azərbaycan deyəndə səni düşünürük biz,
Azadlığa inamı xalqa sən bağışladın.

Sən bu çətin zamanda gücümüz, qüvvətimiz,
Sən bizim bu dünyada ən böyük sərvətimiz.
Millətin imzası var imzaların içində,
Sənə halaldır, halal ülvi məhəbbətimiz.

Sən elə bir zirvəsən, küləklər neyləyəcək?
Dünənim, bu günümsən, səninlədir gələcək.
Nə qədər Azərbaycan, nə qədər bu millət var,
Heydər «Xalqım» deyəcək, Xalq «Heydər» söyləyəcək!
H. Aslanov