Bu iki ildən çox başımızda bir bəla olan, bizlərin sağlamlığımıza ziyan vuran koronavirus bəlası bitmək bilmir.
Artıq özünə olmasa da, başqa bir virusa uşaqları da yoluxdurub. Məktəblərdə acınacağlı vəziyyətdir. Uşaqlar qızdırma içində yanır, valideynlər çıxılmaz vəziyyətdə. Artıq öz küləyini körpələrə əsdirən, bu amansız virus bizi lap əldən salıb. Ona görə, mütləq şəkildə, hamı korunaya qarşı vaksin olunmaqdan çəkinmədən edin. Çünki artıq körpələrimiz əziyyət çəkir, Kovid-19 olmasa da, onun ayrı qohumu uşaqları cənginə alır.
Uşaqlarınızı məktəbə yollarkən, onların çantasına yaş solfetlər, antiseptik və öziçməli su qabını qoymağı unutmayın. Uşaqların qızdırma ilə əziyyəti, məktəblərin gah biri, gah digəri bağlanması yaxşı əlamət deyil. Bizim gələcək nəslimiz də, bu cürbəcür viruslara görə psixologiyasının korlanması yaxşı deyil. İnanın, bütün bu olub bitənlərə ən çox da uşaqlar üçün üzülürəm. Allah eləməsin, belə viruslardan uşaqlarda, hər hansı bir fəsad qala bilər. Ona görə, hamınızı sağlamlığınızı yalan və saxta sertifikatlarla təhlükə altına atmamağınızı xaiş edirik.
Hər şeyin saxtası, insan həyita üçün böyük təhlükədir. Evdə və ya işdə, tez-tez əllərinizi yuyun, antiseptiklə təmizləyin. Axı hər bir kiçik səhv, bir insan həyatının sonu ola bilər. Odur ki, hər şeydən öncə, hər hansı bir işdə dərin düşünün.
Allah hər birimizə yar və yardımçı olsun, Allah bizi və gələcək nəslimizi qorusun. Biz bu günü deyil, hər bir atdığımız addımda gələcəyimizi də düşünməliyik. Bizim gələcəyimiz isə, bizin körpələrimiz, uşaqlarımızdır.
M. Seyidov