Bizə, hamımızın başı üzərində   dinc səmanı bəxş edən, inanılmaz ruh gücünə və əyilməz iradəyə malik insanlara minnətdarlıq hissi ilə yeni rubrika açırıq

Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümündə biz sizə canlı dağıstanlı veteranlardan və bu gün aramızda olmayanların şücaətlərindən danışacağıq.

Bu il Rusiya Qəhrəmanı adına layiq görülən İbrahim-Paşa Sadıkovdan başlayaq. O, 1924-cü il yanvarın 12-də Rutul rayonunun Rutul kəndində anadan olmuşdur. İbrahim-Paşa  könüllü kimi cəbhəyə gedir. 1942-ci ilin yanvarında Stalinqrad döyüşlərində iştirak edir. Partlayışlardan birində ayağından qəlpə yarası alır.

Müalicədən sonra Krıma köçürülür. Kerçdə düşmən mövqelərinə hücum zamanı o, ikinci dəfə yaralanır. Sağaldıqdan sonra Dağıstana qayıdır. Ona təyin olunmuş əlillik dərəcəsinə baxmayaraq, yenidən cəbhəyə getmək üçün  xahiş edir və istəyinə nail olur.  Beləliklə ,Tuladakı tank bölməsinə göndərilir, oradan pulemyotçuların tank hücum qüvvələrinin bir hissəsi olaraq Kursk qövsünə  köçürülür. Kursk yaxınlığındakı döyüşlərdən sonra Sadıkov Kiyev, Lvov və Qərbi Ukraynanın azad edilməsində iştirak edib, sonra Varşavanın faşistlərdən azad edilməsində iştirak  edib.

1945-ci ilin aprelində Almaniyada döyüş əməliyyatlarında iştirak edib. Döyüşlərin birində alman səngərinə hücum edərək pulemyotun mövqeyini şəxsən məhv edib, əlbəyaxa döyüşdə isə düşmənin bir neçə əsgəri və bir zabiti ilə vuruşur. Sonra o, ağır xəsarətlər alır. İbrahim -Paşa Sultanoviç qələbədən Novosibirskdə olarkən xəbər tutur. II və III dərəcəli “Şöhrət” ordeni, I dərəcəli Vətən Müharibəsi ordeni, “İgidliyə görə”, “Varşavanı azad etdiyinə görə”, “Almaniya üzərində qələbəyə görə” medalları, Jukov medalı və s.

Bu gün İbrahim- Paşa Sultanoviç Mahaçqalada yaşayır. Nəvəsi Kərim Mahmudov isə Xüsusi Hərbi Əməliyyat bölgəsində Vətəni uğrunda canından keçmişdir. O, 80 il əvvəl ulu babası kimi könüllü olaraq faşizmin kökünü kəsmək üçün cəbhə bölgəsinə getmişdi.