Bu başı batmış koronavirus, bilmirəm özünü nə hesab edir? Bizim iki ayağımızı salıb bir başmağa, deyir, mən də sizdənəm.
Dedik vaksin edərik, rəd olub çıxıb gedər, daha adını belə görmərik. Hardandır bizdə o bəx ki, bu anası ölmüş çıxıb gedə? Vaksın vurub da xəstələnən şəxslər var, belə halda heç vaksinə də inam qalmadı. Camaat düşünürdü ki, hə də, vaksin edək, bitsin bu əzab-əziyyət. Yooox, o deyir siz atdısız mən piyada getmiyəcəm. (Az ca zarafat etdik)
Zarafat qalsın bir kənara, birinci və ikinci dalğasında edə bilmədiklərinin bu üçüncü dalğada üç qatını etdi. İnsanların arasına qoduz canavar kimi soxulan, onların nəfəsini kəsən bu murdar «Kovud-19» sanki başımızın bəlası oldu. Tanıdığlarımızı itirdikcə, daha çox sarsılırıq, daha çox qorxuruq. Biri-birindən ayrı yemək yeyə bilməyən dostları, doğmaları biri-birindən qaçaq salıb. Belə getsə insanları biri-birlərinin üzünə həsrət qoyacaq.
O bizə deyil, biz ona qalib gəlmək üçün, əlimizdən gələni əsirgəməməliyik. Biz güclü olmalıyıq, ona biz özümüz qalib gələcəyik, o bizə yox deyərək ümidlə yaşamalıyıq. Ümidlə deyərkən, təmizliyə riayət etmək, əllərimizi tez-tez yuyub antiseptikdən mütəmadiyən istifadə etməliyik. Hər gün sarımsağdan istifadə etməli, tez-tez üzümüzü yumalıyıq. Hər bir mikrob üzə daha tez yapışır, o üzdən üzü tez-tez yuyub əllərinizə antiseptik edərər üzünüzdə ağız-burun nahiyələrinizə gəzdirin. Mütləq şəkildə, günaşırı bütün bunlara əməl edərək, nəzarət etmək lazımdır.
Həyatda vacib olan, can sağlığıdır. Əyər onu itirsək, demək yaşamağın mənasınə da itiririk. Hər hansı bir məclisdə və ya avtobuslarda, getdiyiniz evdə belə tez əllərinizi antiseptikləyin. Mən bu gözəgörünməz düşmənin, nə vaxtsa bizi tərk edəcəyinə inanıram həmdə bu dediklərimə əməl etməyə çalışıram. Siz də inanın elə edin, ən əsas özünüzü qoruyun.
Allah özü bizlərə yar olsun, biz ona sığınmışıq. Allah istərsə, qışı da yay edər. Odur ki, ona sığınıb dua edin və yazdığlarımızı ehmal etməyin.
M. Seyidov