1941-1945 -ci qanlı — qadalı illər bir tarix kimi kitablarda, daş heykəllərdə, yaddaşlarda yaşayacaq, əsrlərdən — əsrlərə, nəsillərdən — nəsillərə bir salnamə kimi yadigar qalacaqdır. 76 il bundan öncə qəhrəman oğullarımızın -qızlarımızın şanlı qələbəsi ilə tarixə qovuşan Böyük Vətən müharibəsində minlərlə insan silaha sarılıb faşist Almaniyasına qarşı müharibədə vətənlərini qorumuşlar, böyük rəşadət göstərmişlər.
XX əsrin ən dəhşətli səhifələri olan İkinci Dünya müharibəsi və Böyük Vətən müharibəsi bizim üçün çoxlu qurbanlarla başa çatdı. Amma eyni zamanda, bu müharibə dünyada misli görünməmiş qələbə ilə başa çatdı və alman faşizminə qarşı müharibəyə qalxmış xalqlar, ordular 1945- ci ildə tarixi bir qələbə çaldılar. Zaman keçdikcə, illər ötdükcə bu qələbənin mənası, mahiyyəti və tarixi əhəmiyyəti daha da aydın olur, bütün dünya üçün daha da açılır.
Almaniya və İtaliyada yaranmış faşizm nəinki, bu ölkələrin özünü, hətta bütün dünyanı təhlükə altına almışdır. Bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olan İkinci Dünya müharibəsi və Böyük Vətən müharibəsi illərində Dağıstan sovet ordusunun sarsılmaz cəbhəxanasına çevrilmişdir. Bu çətin və ağrılı günlərdə xalqımız həm ön cəbhədə, həm də arxa cəbhədə əsl qəhrəmanlıq və igidlik nümayiş etdirmişdir. Böyük çətinliklərə baxmayaraq, igidlərimiz fədakarcasına çalışaraq cəbhəni əlindən gələn hər bir köməklə təmin etmişlər. Demək olar ki, faşizm üzərində qələbənin qazanılmasında Dağıstan xalqı və bir çox Qafqaz xalqları əsas amillərdən biri olmuşdur. Onlardan əksəriyyəti geri dönməmiş, bir qismi itkin düşmüş və yaxud həlak olmuşdur.
Sizə bir qəhrəman qadın haqqında yazmaq istəyirəm. Bu gözəl insan,mərd döyüşçü Zoya Kosmodemyanskayadır.
Zoya Anatolyevna Kosmodemyanskaya 13 sentyabr 1923-cü ildə Tambov vilayətinin Osino-Qay kəndində müəllimlər Anatoliy Petroviç və Lyubov Timofeyevna Kosmodemyanskiy ailəsində anadan olub.
Məktəbdə oxuyarkən Zoya Kosmodemyanskaya bir ədəbiyyat institutuna girmək arzusunda idi. Ancaq bu planları təəsüfki reallaşmadı, planların qarşısın müharibə aldı. 1941-ci ilin oktyabrında Zoya könüllü olaraq qəbul məntəqəsinə gəldi və təxribatçılar üçün hazırlanan məktəbdəki qısa bir təlimdən keçib, sonra Volokolamska köçürüldü. Orada 18 yaşlı bir partizan döyüşçüsü, yetkin kişilərlə birlikdə təhlükəli tapşırıqlar yerinə yetirdi: yolları minaladı və düşmənin əlaqə mərkəzlərini dağıtdı. Dağıtma işçilərinə yeni bir tapşırıq verildi. 5-7 gün ərzində almanların yerləşdiyi 10 yaşayış məntəqəsini dağıtmaq. Bu 10 kəndin boş olması lazım idi, lakin kəndlilərin oradan evakuasiya etməyə vaxtları yox idi. Partizanlar Stalinin 0428 saylı fərmanına uyğun hərəkət etdilər. Yəni, düşmən üçün «yanmış torpaq» siyasətinin təşkili. Faşistlər hər tərəfə irəliləyirdilər, onları hər vasitə ilə dayandırmaq lazım idi. Bunun üçün onların yaşayış yerləri və silahlı obyektləri aradan götürülməli idi.
Çoxları Stalinin bu əmrini qəddar və əsassız hesab edirdi, Ancaq başqa çıxış yolu yox idi. Almanlar paytaxtın kənarında dayanmışdılar. Bütün güclə Moskvanın ələ keçirilməsinin qarşısını almaq lazım idi. Dağıtma kəşfiyyatçıları 21 Noyabr 1941-ci ildə bir vəzifəyə getdi. Helə Mojaysk, Volokolamsk, Tixoretsk uğrunda döyüşlər getdiyi zaman. 27 Noyabr 1941-ci ildə Boris Kraynov, Vasiliy Klubkov və Zoya Kosmodemyanskaya, faşistlərin nəqliyyat qovşağı olaraq istifadə etdiyi Petrişevo kəndinə yaxınlaşdılar. Partizanlar, gələcək hərəkətləri düzüb qoşmaq üçün razılaşdırılmış bir yerə toplaşmağı qərarа aldılar. Kraynov görüş yerinə gəldi, amma heç kimi gözləməyib yenidən düşərgəyə qayıtdı. Klubkov düşmən tərəfindən tutuldu. Zoya tapşırığı yerinə yetirməyə davam etdi.
Zoya 3 düşmən evi yandırdı. Onlardan birində düşmənin əlagə yeri, digərlərində isə nemeslerin döyüşə hazırlanan və göndərildiyi yer. Onun əlindən düşmənin döyüş üçün nəzərdə tutulmuş 20 atı oldürülüb.
Təxribat əməliyyatlarından birində Kosmodemyanskaya almanlar tərəfindən tutuldu. Ona xəyanət etməyə məcbur edərək ağır işgəncələr verildi. Zoya düşmənlərinə bir söz demədən bütün işgəncələrə qəhrəmanlıqla dözdü. Faşistlər gənc partizandan bir söz almağın mümkün olmadığını görüb onu asmağa qərar verdilər. Kosmodemyanskaya sınağı əzmlə qəbul etdi. Ölümündən bir an əvvəl yığışan yerli sakinlərə qışqırdı: “Yoldaşlar, qələbə bizim olacaq!.”
Zoya Kosmodemyanskaya 29 Noyabr 1941- ci ildə alman faşistləri tərəfindən edam edilmişdir.
Alman əsgərlər, çox gec olmadan təslim ol deyə onu qorxudurdular. Qızın cəsarəti, qəhrəmanlığı kəndliləri heyrətə gətirdi ki, onlar sonradan bu hfdisəni cəbhə müxbirlərinə izah etdilər. “Pravda qəzetində” yayımlandıqdan sonra bütün ölkə Kosmodemyanskayanın bacarığını və cəsurluğunu öyrəndi.
Zoya Kosmodemyanskaya Böyük Vətən müharibəsi dövründə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ilk qadın oldu.
Quliyevа S.