Böyüyə hörmət etmək kiçiyin borcudur

    Atalar sözü deyir ki, bu gün sən qoca-qarıya necə hörmət eləsən qocalanda sənə də o cür hörmət edəcəklər. Bu artıq aksiomdur. Hamı bilir ki, böyüyə hörmət eləmək kiçiyin borcudur. Lakin helə hallara da rast getlmək olur ki, bəzi cavanlar böyüyə hörmətsizlik göstərirlər.
   Məsəl üçün, avtobus, marşrutkada cavan qız-oğlanlar sanki yanında duran qoca babanı və yaxud ağbirçək nənəni görmürlər, gözlərini telefondan ayırmırlar. Mütləq kimsə dinlənəndən sonra, bəlkə bu tərbiyəsiz yerindən qalxar. Bəziləri heç eşitməmiş kimi, yerindən qalxmağa istəmir.
    Doğrudur, belə hadisələrə nadir halda rast gəlməyə olar, cavanların əksəriyyəti böyüyə hörmət edir, dərhal yerindən qalxaraq yer gösterirler.
   Qocalanda hər insan özünün yaşına müvafiq hörmət istəyir və məhz buna görə də, cavan ikən böyüyə Hörmətlə yanaşmalıdır. Bunu artıq hər kəs bilməlidir.

Q. Ümərov