Buynaksk raqonunda rekord taxıl əldə edilib

Dağıstan hökumətinin mətbuat xidməti xəbər verir ki, iyulun 15-də Dağıstan Respublikası Hökuməti sədrinin müavini Nəriman Abdulmutalıbov və Dağıstan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq naziri Muxtarbiy Adjekov Buynaksk rayonuna gəliblər.

Nijneye Kazanişe kəndində onlar qışlıq taxılların biçini ilə tanış olublar.

Qeyd edək ki, Buynaksk rayonunda payızlıq əkinlər üçün 3,6 min hektar sahə ayrılıb ki, bunun da 30%-ə yaxını artıq biçilib.

“Hacımurzəyev” KFT təsərrüfatda 400 hektar payızlıq zəmilər əkilir, hər hektardan 60 sentnerə qədər taxıl alınır.

N.Abdulmutalibov xüsusilə fermerlərin yağışlı torpaqlarda işlədiyini nəzərə alaraq , belə göstəriciləri təsirli adlandırıb.

Adjekovun sözlərinə görə,” Hacımurzəyev” kollektiv fermer təsərrüfatında belə yüksək məhsuldarlığa kənd təsərrüfatı texnologiyalarına riayət edilməsi, eləcə də əkinçiliyə elmi yanaşma sayəsində nail olunduğunu, həmçinin Stavropol diyarının təcrübəsi Dağıstan şəraiti nəzərə alınmaqla tətbiq edilərək nail olunmuşdur.

Nəhayət, o da qeyd olundu ki, gələn həftə Buynaksk rayonunda sənayenin problemləri ilə bağlı nazirlik və idarələrin iştirakı iləmaraqlı görüşün  keçirilməsi  planlaşdırılır.