Dünya ta qurulandan bəri, sanki yarış meydanıdır. Dağ çay ilə, göy yer ilə, toröağ su ilə, ot ağac ilə, insan insan ilə yarışır. Hər bir yarışmanın da öz dadı, öz ləzzəti var. Mən yarışma deyərkən, dava-dalaş yarışmasını nəzərdə tutmuram haaaa. Əksinə, gərək hamı ilə yarışasan ki, öz-özünə belə qalib gələ biləsən.
Misalçün, indi mədəniyyət, təhsil və təbiət festivalları keçirilir. Bu festivalların hər birinin də öz gözəlliyi var, öz dəsdixətti var. Festivalın özü də elə, bir növ yarışmadır. Son zamanlar mədəniyyətimizdə xeyli dirçəliş baş verir, milli-mədəni dirçəliş.
Dağıstan Respublikasının mədəniyyət nazirliyi tərəfindən, bir çox festivallar təşkil olunur. Bu festivalların da, mədəniyyətimizə nə qədər xeyri olduğunu da unutmayaq. Dağıstan çoxmillətli bir respublikadır, hər millətin də öz milli dəyərləri var. Geyimləri, adət ənənələri və.s.r. Vaxtaşırı ana dili yarışmaları və festivaılları, dərslər üzrə yarış və festivallar, təbiət üzrə də eyni.
Belə festivalların ən gözəlləri də, bizim doğma Dərbəndimizdə keçirilir. Sentyabrın 9-da, Dərbənd şəhərinin Süleyman Stalskiy parkında «DƏRBƏNDDƏ ETNOPALİTRA» adlı Folklor, irs və mədəniyyət festivalı keçirildi. Festivalı Dərbənd şəhəri Mədəniyyət, idman, gənclər siyasəti və turizm idarəsi təşkil etmişdi. Idarənin sədri dəyərli xanım Samilə Nəcəfova, festivalın gedişatı haqqında «Dərbənd şəhərinin özü bir mədəniyyət ocağıdır, öz gözəlliyini mavi səmadan alan canlı bir myzeydir. Biz hər zaman çalışırıq ki, burda yaşayan xalqların adət ənənələrini unutdurmadan gələcək nəsillərə çatdıraq. Belə festivalların şəhərimizdə tez-tez keçməsi də elə məhs bunun üçündür. Dili, adətləri, mədəniyyəti olmayan xalqın özü də yox sayılır. Çox şükür ki, bizim burda yaşayan millətlərin hər birinin öz milli mədəniyyəti var. Və biz də bunu, gələcək nəsillər üçün qoruyub saxlamalıyıq. Millətlərin milli geyimləri, bu mədəniyyət festivalına bir başqa gözəllik qatır. Görün bizim keçmişimizin, necə milli var- dövləti var»-deyə vurğuladı.
Samilə Siracətdinovna Nəcəfova, Dərbənd mədəniyyət idarəsində sədr vezifəsində çalışdığı bu az müddət ərzində , çox böyük işlər görüb. Bütün Dərbənd mədəniyyətinə, incəsənətinə ən çox dəstəyi olub. 2019-cu ildə, «Dərbənd mən səninlə poeziya dilində danışıram» festivalının keçirilməsi bir çox rəssam və şairinin rəsm və kitab sərgisi ilə möhtəşəm alınmışdı. Hər bir bayramda, Dərbəndin görməli yerlərində təşkil edilən konsert programları və tədbirlər də, onun öz işində necə can qoyaraq çalışmasının sübutudur.
Bu dəfə ki , festival da çox möhtəşəm, gözəl və yaddaqalan oldu. Şəhərimizin qonağları, tək bu festivalda deyil. Bütün yay boyu keçirilən konsert proqramlarından zövq aldılar. Onlardan bir neçəsi ilə söhbət etdim, festival xoşlarına gəlib gəlmədiyini soruşdum. «Biz burada olduğumuz müddətdə, buranın adət ənənələrini, milli mədəniyyətini izləyirik. Burada hər bayramın öz adı və gözəlliyi var. Düzü buranı elə onun bitib tükənməyən mədəniyyətinə görə çox sevdik. Məsələn bu festivalda, rəngarəng milli geyimlər, rəqslər, mahnılar. Bunların özü belə böyük bir sərvətdir. Ona görə, bura bizə doğma oldu, burada özümüzü yad yerdə kimi hiss etmədik».
Bu gözəl və əsrarəngiz festivalda Dərbənd şəhəri və rayonunun musiqi kollektivləri, teatrları, mədəniyyət evləri iştirak etdilər. Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şairə Zeynəb Dərbəndli «Dərbəndim vətənim mənim» mahnısı ilə festivalın folklor hissənin final çıxışçısı oldu. Daha, Azərbaycan Dövlət Dram teatrının aktyorları DR əməkdar artisti Mahir Məlikov, aktyorlar Osman və Tamilla Mihrabovlar. Aşıq Xidir Xeyirbəyov, tabasaran dövtət dram teatrının aktrisası Gülnarə Əhmədxanova, ləzgi dövlət musiqili dram teatrının aktrisası Əminə Vahabova, tat teatrının aktrisası Kristina Abdullayeva, Dərbənd rayon mədəniyyət evindən Əjdər Məmmədov, musiqi məktəbi və kollejinin tələbələri, məktəblilər və başqaları iştirak etdilər. Çıxış edən hər bir iştirakçıya, festivalın adı ilə işlənmiş «Diplom» və suvenirlər təqdim edildi. Festivalın aparıcıları Dərbənd şəhər tibb məktəbinin musiqi rəhbəri Daşdibəy Ismayılov və Dərbənd şəhəri musiqi məktəbinin müəllimi Zuriyat Hacıyeva.
Mədəniyyət həqiqətən də, bitib tükənməyən bir sərvətdir. Onun yolunu bağlamaq istəsələr də, o özü-öz yolunu tapıb üzə çıxa bilir. Hər bir millət öz mədəniyyəti ilə tanınır, mədəniyyəti olmayan xalq, xalq ola bilməz.
Bu gözəl milli dəyərlərin abuhavası ilə, könlümüzü oxşayan «ETNOPALİTRA DƏRBƏNDDƏ» festivalı da, bu cür yadda qalacaq. Bunu təşkil edən şəhər başçısı Rüstəmbəy Sədrətdinoviç Purməhəmmədova və Dərbənd mənəiyyət idarəsinin sədri Samilə Siracətdinovna Nəcəfovaya və bütün əziyyəti keçən hər kəsə. Həm şəhər sakinləri, həm şəhərimizin qonaqları adından, həm də festival iştirakçıları adından təşəkkür edirik.
M. Seyidov