Dərbənd rayonunda qəhrəman soydaşlarımıza xatirə lövhələrinin açılış mərasimi keçirilib

   

Döyüşçünün şücaəti- iman, vəzifə və and şücaətidir. Yer üzündə sülh naminə gələcək nəsillər tərəfindən xatırlanmalıdır. Öz həyatları bahasına bizə yaşamaq üçün böyük xoşbəxtlik bəxş edənləri xatırlamalıyıq və onlara minnətdar olmalıyiq

Qəhrəman doğulmur, qəhrəman yaranır. Gənc, mərd, iradəli soydaşlarımız isə son nəfəslərinə qədər Xalqına, Vətəninə sadiq qaldılar, qəlbimizdə əbədiyaşarlıq qazandılar.

Xatirə lövhələrinin açılışına həsr olunmuş mərasimdə hərbçilərin valideynləri, Dərbənd rayonunun rəhbəri Mövsüm Rəhimov, Dağıstan Respublikası Milli Məclisinin deputatı Asiyat Əliyeva, rayon Deputatlar Məclisinin sədri Majmudin Semedov, rayon icra hakimiyyətinin rəis müavinləri, idarə və şöbə müdirləri, qısamüddətli məzuniyyətdə olan xüsusi təyinatlı hərbi əməliyyat iştirakçısı — səfərbər, Gedjux tam orta məktəbinin müəllimi Yusup İsmayılov, yerli sakinlər, məktəb şagirdləri və başqaları iştirak ediblər.

Xatirə lövhəsinin açılışı hüququ Dərbənd Rayon İcra Hakimiyyətinin başçısı Mövsum Rəhimov, Artem Verdiyevin valideynləri Verdiyev Maqomed Hacıbubaeviçə, Verdiyeva Şahnabat Ramazanovna və Abbas Həşimovun xalası Aşurova Təranə Əlibəyovnaya verilib.

“Bu itkiləri kompensasiya edəcək heç nə yoxdur. Heçbir söz ailəni və dostları təsəlli edə bilməz. Və yalnız bir şey itkinin acısını yumşalda bilər — yaddaşımız. Onlar başqalarının həyatı naminə, torpağımızda əmin-amanlıq naminə canlarını verdilər. Hərbi əməliyyat zamanı həlak olan bütün igid əsgərlərimiz zəmanəmizin əsl qəhrəmanları, Rusiyanın qəhrəmanlarıdır. Abbas və Artem kimi oğlanların sayəsində biz azad bir ölkədə dinc səma altında yaşayırıq. Biz onları daima xatırlamalıyıq! Xatirə canlıdırsa, biz də yaşayırıq! İgid, mərd oğullaryetişdirən valideynlərin qarşısında baş əyirik! Səmimi başsağlığımızı qəbul edin! Bu ağrını sizinlə bölüşürükvə təbii ki, unudulmamaları üçün hər şeyi edəcəyik. Uzun illər sizə can sağlığı diləyirik”- deyən rayon İcraHakimiyyətinin başçısı Mövsüm Rəhimov çıxışında bildirib.

Nəinki xatirə lövhələri məktəblilərə həmyerliləri-qəhrəmanları xatırladacaq. Müəllimlər onlara cəsarət dərsləri verəcək və onlara daima cəsur məzunlarını xatırladacaqlar.                                                                                 Mirhəmidova S.V