Dərbənd rayonunun Bilici kəndi öz zəhmətkeşləri və kənd təsərrüfatı istehsalında qabaqcılları ilə məşhurdur. Təbiət kəndə həm açıq, həm də qapalı yerdə tərəvəz yetişdirmək üçün hər cür şərait yaratmışdır.
Səhər tezdən 57 yaşlı irsi fermer Ənvər Bayramov özistixanasının qapısını üzümüzə açır. Fermerin sözlərinə görə, hələ 2015-ci ildə ona 50 sot torpaq sahəsi ayrılıb və o, dərhal yerli pomidor sortlarını yetişdirmək qərarına gəlib. 7 ildən sonra istixana təsərrüfatını 2 hektar əkin sahəsinə qədər genişləndirib.
«Biz bütün əkin materiallarını Volqoqrad şəhərindən alırıq və pomidor yetişdirdikdən sonra onu bir andaSankt-Peterburqun kənd təsərrüfatı bazarlarına bir neçə təchizatçıya göndəririk»- dedi fermer.
Ənvər Bayramov onu tərəvəzçi olmağa sövq edənin nə olduğunu soruşduqda əmin edir ki, o vaxtlar heç də var-dövlət peşində olmayan yalnız ailəni dolandırmaq üçün səhərdən axşama qədər tarlada işləyən valideynlərin gündəlik nümunəsi.
Bu gün Ənvərin istixanalarında on tonlarla pomidorməhsulu toplayan 15 nəfər çalışır.fermerin sözlərinə görə, uğurlu fermer olmaq üçün doğma torpağaməhəbbət və buna nail olmaq üçün güclü istək kifayətdir. Sevindirici haldır ki, kənd təsərrüfatı məhsullarının istehsalında xaricdən gətirilən əkin materiallarından istifadə olunmur. İstixanaların konstruksiyaları da yerli komponentlərdən hazırlanır.
Bu prosesin vacib komponentlərindən biri odur ki, pomidor tək-tək yığıldıqdan sonra məhsulları qazlarınondan buxarlanması üçün xüsusi otaqda “söndürmək” lazımdır ki, sonradan bazarlara daşınarkən məhsullarkondensat ilə örtülməsin və pərakəndə piştaxtayaçatmazdan əvvəl xarab olmasın. Belə ki, fermerpomidorun yığım vaxtından başlayaraq ölkəmizin bazarlarında satışa çıxarılana qədər kifayət qədər uzunmüddət saxlanılmasına zəmanət verir.
Ənvər Bayramov kimi öz Vətəninin vətənpərvərlərinə baxaraq, əminliklə və qətiyyətlə deyə bilərik ki, BöyükRusiyamızın ərzaq sükanı etibarlı əllərdədir.
Qələmə aldı:Tərlan Ələkbərov