Dilini və mədəniyyətini sevən. Hər zaman mənim yaradıcılığıma, xüsusi dəyər verən və dərslərdə mənim yaradıcılığıma yer verən Səlimə İsayeva, bugün də içi mən qarışıq hər kəsi təəccübləndirdi. Qonaq qismində, tədbirə dəvət edildim, amma ora çatanda tədbirin mənim yaradıcılığıma həsr olunduğunu öyrəndim. Bu həqiqətən də, çox sevindirici bir haldır.
Çünki, Sənin heç xəbərin olmadan sənin həyatını və yaradıcılığını sənə təqdim edirlər. Mənim həyatımı şagirdlərlə səhnələşdirib, mənim özümü belə kövrəltdi başardı. Mən bugünki tədbirə görə, bugünki həyəcanıma görə və sevincimə görə, Səlimə müəlliməyə, 4 saylı məktəbin rəhbərliyinə və o tədbirdə iştirak edən şagirdlərə. Hətda qızıl vaxtlarını sərf edib, tədbirə gələn qonağlara. Dağıstan Respublikasının Əməkdar artisti və Azərbaycan Dövlət Musiqili Dram Teatrının aktyoru Məhərrəm Ömərov, teatrın truppa rəhbəri Oktay Kərimova.
«Dərbənd» respublika qəzetinin məsul katibi Ayna Məmmədova, Dərbənd şəhər Mirzə Kazem Bəy adına Mərkəzi kitabxananın direktoru, Dağıstan Respublikasının Əməkdar Mədəniyyət işçisi Diana Əliyeva və məktəbin müəllim kollektivinə xüsusi təşəkkür edirəm və öz dərin minnətdarlığımı bildirirəm.
Zeynəb Dərbəndli.

