Bildiyimiz kimi Dərbəndə tez-tez qonaqlar, turistlər gəlir. Hətta Rusiyadan və xarici ölkələrdən gələn siyasi-içtimai xadimlər, beynəlxalq təşkilatlrın nümayəndələri şəhərlə tanış olur, burada keçirilən tədbirlərdə iştirak edirlər. Onlara şəhərin tarixi, iqtisadiyyatı, mədəniyyəti,etnik tərkibi haqqında ətraflı məlumat verilir. Dərbənddə çoxsaylı xalqların nümayəndələri yaşasalar da onlar mehriban bir ailəni xatırladır,birgə fəaliyyət göstərir və işləyirlər.
Məsələn, yaxın günlərdə şəhərdə keçirilmiş Novruz, Yaran suvar və başqa şənliklər bunu təsdiq edir. Burada bütün xalqların nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayırlar. Azsaylı xalqların adət-ənənələrinə, hörmətlə yanaşılır məscidlər, kilsələr, dinaqoqlar daim xalqın
xidmətində dayanmışdır.
Taqir Saleh