Artıq neçə müddətdir, şəhərimizdə turistlərin axını davam edir. Sentyabrın 9-da Dərbənd şəhərinin Məmmədbəyov küçəsində, «Plov» festivalı keçirildi. O gün şəhərimizdə olan turistlər, hamı həmin meydanda idilər. Onlardan «Şəhərimiz xoşunuza gəlirmi»?- deyə sual edəndə, onlar sevincək, «Dərbəndə biz gələni, sadəcə onun şənliklər içərisində olduğunu gördük. Şəhərin qədimliyi bir yana, onun maraqlı adət ən-ənələri də insanın könlünü oxşayır. Qədim Qala divarının gözəlliyi ilə bəzənmiş Məmmədbəyov küçəsi, sanki bir başqa dünyaya çevrilib. Bir-birindən maraqlı milli geyimlər, musiqilər, bu yerin gözəlliyinə, bir az da gözəllik qatıb. Elə sevinirik ki, bu şəhərə gəlmişik. Bu şəhəri gəzdikcə, gördükcə, adamın yaşamağı gəlir». Bir sözlə bu şəhər, onu bir dəfə görəni, özünə heyran və cəlb edir. Allah dünyamızı salamat eləsin, həmişə belə toylu-büsatlı olsun. Turistlər şəhərimizdən ağız dolusu danışdığca, adamın içində böyük bir qüryr hissi yaranır. Ürəyində deyirsən ki, nə yaxşı ki mən, bu qədim və müqəddəs şəhərin sakiniyəm.
M. Seyidov