Yanvarın 13-də Dərbənd şəhərində “ETNOMODA” Milli-Mədəni Ənənələr Festivalı” forum-festivalına start verilib. Layihə Dağıstan Respublikası Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə “Dizaynerlər Gildiyası” Dağıstan regional ictimai təşkilatı tərəfindən təşkil olunub.
Tədbir zamanı Passajın binasında yerli dizaynerlərin, eləcə də Moskva, Sankt-Peterburq və NijniyNovqoroddan olan geyimlərin nümayişi keçirilib.
Dağıstan Respublikasının Sənaye və Ticarət Nazirininmüavini Madina Kaibova festival iştirakçılarına salamlama nitqi ilə müraciət edərək Dağıstanda mədəniyyət və adət-ənənələrin xüsusi rol oynadığını qeyd edib. Moda sənayesi təkcə müasir dəbli geyimlərin istehsalını deyil, onu bazarda tanıtmağın yollarını da əhatə edir.Hər kəsə məhsuldar iş və yaxşı nəticələr arzulayıb.
Dərbəndin İcra Başçısının müavini Ağamirzə Ağamirzəyevin qeyd etdiyi kimi, moda sənayesi sənayedən sonra ikinci istehlak sahəsidir, o, iştirakçılara gözəl forum arzulayıb.
Qeyd edək ki, “Krasnaya dorojka”( “Qırmızı Xalça”)layihəsi çərçivəsində təşkil olunan tədbir Dağıstanlı dizaynerlərin, zərgərlərin və xalçaçılıq sənətinin məhsullarını yüksək səviyyədə nümayiş etdirməyə imkan verib.
Festivalın hər bir iştirakçısı öz məhsulunu beynəlxalq bazarlara çıxarmaq imkanı əldə edib.
Öz növbəsində təşkilatçı Munajat Qasanova Dərbənddə müasir tendensiyalar formatında xalqsənətkarlığının sürətləndiricisi kimi çıxış edəcək modalayihəsinin doğulmasını həmişə arzuladığını bildirib.
R. Musayev.