Dərbənddəki İnteqrasiya Mərkəzinin əməkdaşları ailələri Ümumrusiya Ailə, Sevgi və Sədaqət Günü münasibətilə təbrik ediblər

Danilovlar ailəsi artıq 5 onillikdir ki, bir yerdədir. Bu barədə Dağıstan Respublikasının Əmək Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Armais Danilov 40 illik iş təcrübəsinə malikdir. O, Monqolustanda yol tikintisinə görə aldığı xidmət mükafatları ilə fəxr edə bilər.

Həyat yoldaşı Lyubov 20 il statistika idarəsində operator işləyib. Bütün əmək nailiyyətləri və uğurları ilə ən mühüm sərvət və mükafatları 5 övlad və 11 nəvədir. Böyük oğlu sərhədçidir. Nəvələri kadet korpusunda oxuyur. Çoxuşaqlı ailəsini bayram süfrəsi ətrafına yığaraq övladlarının, nəvələrinin uğurlarına sevinirlər.

Dərbənd İnteqrasiya Sosial Xidmətlər Mərkəzinin işçilərinin Mərkəzin direktoru Teymur Saruqlanovla birlikdə ziyarət etdiyi digər ailə mehriban Məlikməhəmmədovlar ailəsidir. İzafuddin və Fəridə 1964-cü ildən evlidirlər. Bu möhkəm və xoşbəxt evlilikdə 4 uşaq dünyaya gəlib. Onların hamısı məktəbi və ali təhsil ocaqlarını əla qiymətlərlə bitiriblər. Ailə başçısı 42 illik staja malik pedaqoq, Dağıstan Respublikasının əməkdar müəllimidir.

Uzun illər şəhərin müxtəlif təhsil müəssisələrinə rəhbərlik edib, həyat yoldaşı isə on il Dərbənddəki 11 nömrəli orta məktəbdə riyaziyyat müəllimi işləyib, bir çox mükafat və adlara layiq görülüb. İki uşaqları elmi dissertasiya müdafiə edib və hazırda İngiltərədə yaşayırlar, biri isə Dərbənd 15 nömrəli tam orta məktəbində baş müəllim işləyir. Hər iki ailəyə bayram hədiyyəsi olaraq çay dəstgahı, gül və şirniyyat təqdim edilib.