Azərbaycan bəstəkarı Asəf Zeynallı 5 aprel 1909-cu ildə Dərbənddə anadan olub.
Onun 11 yaşı tamam olanda ailəsi Bakıya köçüb.
Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında peşə təhsili almış ilk Azərbaycan bəstəkarıdır.
Azərbaycan musiqisində romansların banisidir. «Uşaq süitası» ilə Azərbaycanda uşaq musiqisinin əsasını qoydu.
1932-ci ildə Zeynallı Bülbüllə birlikdə Qarabağa folklor ekspedisiyasına getdi, qayıdarkən isə o vaxt tif götürdü.
O, oktyabrın 27-də vəfat edib.
Cəmi 23 yaşında idi.