Dərbəndin tanınmış şəxsiyyətləri

Başqaları üçün yaşayan insan
Həyat elə adamlar vardır ki, onlar müəyyən səviyyəyə çataraq kifayətlənir, başqalarının düzgün həyat yolu özünə peşə seçməsinə istiqamət verir və onlara dəsdək olur. Müharibədən sonraki illərin nəsilləri, belə insanlardan nümunə götürərək həyatın çətinliklərinə belə baxmayaraq qarşısına qoyduğu məqsədinə layiq olmaq üçün hər şeyi gözə alaraq dözə biliblər. Nəticə onlar elinin, obasının ziyalı şəxsiyyətlərinə çevrilərək seçilib sevilirlər.
Bu gün ki müsahibim, şəhərimizdə və ətraf rayonlarda tanınan, hər kəs tərəfindən hörmətlə sevilən, artıq omrünün 80-ci baharını yaşayan Bilal Hilaloviç Həsənovdur.
-Salam Bilal Hilaloviç, necəsiz? Sizi bir azca narahat edib, o qızıl vaxtınızdan almaq istərdim.
-Əleykə salam, çox sağ olun yaxşıyam, sizlər yaxşı olasız. Əstafurullah, niyə narahat oluram ki, əksinə çox xoşdur. Buyurun.
-Özünüz haqda, bir az məlumat verərdiniz. Bilal Həsənov kimdir?
-Böyük məmnuniyyətlə. Bilal Həsənov xalqını sevən bir insandır. Mən 1942-ci il oktyabrın 10-da, Dərbənd rayonunun Sabnava kəndində dünyaya göz açmışam. Mənim 5 yaşım olanda isə, ailəmiz Dərbənd şəhərinə küçdü.
-Uşağlığınız necə keçib?
-Uşağlığım demək olar ki, pis keçməyib. Allahın verdiyi günə şikayət yox, şükr etməliyik. Mən Dərbənd şəhəri 4 saylı orta təhsil məktəbində təhsil almışam.
-Məktəb illərini necə xatırlayırsınız?
-Məktəb illərini deyəndə, mən elə məktəbli çağlarımdan işləmişəm. Atam Kirov adına kolxozda işləyirdi, mən də ona kömək edirdim. Ailə vəziyyətimiz, o qədər də qolay olmayıb.
Ona görə də, mən heç yorulmadan atama kömək edirdim. Necə ki valideyn övlad üçün can qoyur, övlad da heç olmasa onlara bacardığı köməyi etməlidir.
-Bir sözlə, uşağlıqdan işləməkə istəmisiniz. Neçə yaşınız var idi, atanıza kömək edəndə.
-1960-cı ildə Sabnava kəndindəki Kirov adına kolxoz tərəfindən Mahaçqala şəhərindəki mühasiblər hazırlayan məktəbdə göndərilmişdim. Bir ildən sonra oranı bitirib, həmin kolxozun maddi şöbəsində mühasib işləməyə başladım. 1970-1972-ci illərdə həmin kolxozda baş iqtisasçı vəzifəsinə təyin olundum. 1972-ci ildən ta 1991-ci ilə kimi mühasiblər hazırlayan tədris məntəqəsinin müdiri vəzifəsində çalışdım.
-Siz hər kəs nümunə götürə biləcək qədər ləyaqətli bir insansınız. Mən deyərdim, bir çox insan sizdən çox şey öyrənməlidir. Davam edin xaiş edirəm.
-Təşəkkür edirəm, var olasınız. Bəli iş insanın cövhəridir, iş insanı püxtələşdirir, formalaşdırır. İnsan işlədikcə həyatdan çox şey öyrənir, mən atamdan çox şey öyrəndim. Atam çox zəhmətkeş insan idi, düzgünlüyü, dürüstlüyü mən ondan öyrəndim və ondan tərbiyə aldım. Mən rayonda və şəhərdə ixtisas müsahibat kadrlarının yetişdirilməsində feal iştirak etdim. Mühasib kadrlarının çatışmadığı bir vaxtda, belə bir tədris ocağının açılması üçün çalışdım və onu reallaşdıra bildim. Çünki bu çox vacib idi, bu tədris ocağı da, bu çatışmamazlığları aradan qaldırmışdır. 1997-ci ilə kimi fəaliyyət göstərən bu tədris ocağını sonralar MƏSİ-nin Dərbənd filialına çevirdim. Və həmin filiala məni direktor təyin etdilər.
-Bu qədər böyük işlər görmüş bir insanın, bizim dövrümüzdə yaşaması bizlər üçün şərəfdir. Siz əsil məktəbsiniz Bilal Hilaloviç. Mən elə sizinlə söhbətimdən, nəsə öyrənməyə çalışıram. Çünki sizin kimi bir ziyalı ilə, sözün əsil mənasındaöyünməyə dəyər. Sizi dinləmək inanın ki, çox xoşdur. Buyurun.
-Təşəkkür edirəm, mənə verdiyiniz dəyərə görə sizə minnətdaram. Mən həmin illərdə, ixtisasımı artırmaq üçün ali təhsil almaq qərarına gəldim. Və 2000-ci ildə İxtisas Elmlər Namizədi disertasiya müdafiə etdim. 2017-ci ilə kimi, özüm yaratdığım institutda çalışdım və sonra təqaüdə çıxdım.
-Bilal Hilaloviç, bütün bu əziyyətlərinizə dəyər verildimi?
-Bəli, mənim bütün bu xidmətlərim Dağıstan Respublikasından əlavə, Federal Nazirlik tərəfindən də layiqincə qiymətləndirildi. Mən Dövlətimizdən çox razıyam, çünki mənə layia olduğum dəyəri verib.
-Bir az da, layiq görüldüyünüz mükafatlar haqqında danışın zəhmət olmasa.

  • Mən, DMSSR-nin «Əməkdar müəllimi», RF-nın Ali təhsilinin fəxri işçisi fəxri adlara layiq görülmüşəm. Diplomlar, fəxri fərmanlar, təşəkkürnamələr də öz yerində.
    -Mən sizin haqqınızda çox eşitmişəm, sizi tanıyanlar. Sizin çox səliqəli, öz sözünün üstündə möhkəm dura bilən və bir çox çətinliklərə sinə gəlməyə bacaran bir insan olduğunuzu deyirlər. Mənim üçün də, sizinlə həmsöhbət olmaq, bu üzdən ikiqat şərəflidir. Siz, öz əməyi və həyatda nüfuz qazanmısınız. İnsan üçün şərəfli addan yüksək, nə ola bilər ki? Bilal müəllim, biz sizinlə fəxr edirik.
    -Minnətdaram, mən deyərdim, bu hər birimizin borcumuzdur ki, əlimizdən gələni edək. Hər bir vətəndaş, bacarsığı sahədə çalışsa, vətənə daha çox xeyri dəyər. Mən də bir vətəndaş olaraq bunları bacarmışamsa, sizlərin mənimlə şərəf duyma ləyaqətini qazana bilmişəmsə, bu mənim üçün mükafatların ən qiymətlisidir.
    -Bilal müəllim, sizin kimi bir insanın övladları da elə sizin kimi olmalıdır. Çünki əsas tərbiyədir, bu da ki sizdə mükəmməldir.
    -Mən övladlarımı imanlı və vətənə layiqli böyüməsi üçün, əlimdən gələni etmişəm. Ata övladına ata olmaqdan əlavə, onunla dost olmalıdır. Övlad atadan qorxaraq yox, hörmət edərək böyüməlidir. Mən övladlarıma həm ata, həm dost olmuşam.
    -Bilal Hilaloviç, Xalq sizi, bir xeyriyyəçi insan kimi də tanıyır. Sizin adınız çəkiləndə, xeyirxah Bilal deyə hamı sizin üçün dua edir. Siz bir çox insanların Kəlbəla arzusunu reallaşdırmısınız. Arzu edənlər, oralara qədər sizin sayənizdə gedib çata biliblər. Siz insanlar üçün, o müqəddəs yerləri görmək üçün imkan yaratmısınız. Siz cənnətinizi, artıq bu dünyada qazanmısınız.
    -Bilirsinizmi? Yaxşılığı hər kəs edə bilər, amma gərək ürəkdən edəsən. Mən insanların gözlərində Kəlbəla arzusunu gördükdə, onların da o neymətdən dadmalarını istədim. Kaş imkanım olardı, daha böyük işlər görə bileydim. Bu nədir ki, kaş daha çox xeyirxahlıq edə biledim.
    -Bilal müəllim, Siz sözün əsil mənasında insan adamsınız. Sizinlə söhbətim zamanı, içimi bir sevinc hissi bürüdü. Fikirləşdim ki, İlahi, insanlıq hələ ölməyib. Çünki hələ də sizin kimi xeyirxah, qayğıkeş insanlar var. Siz sözün əsil mənasında Aqsaqqal sözünün dərinliyində olan o müdriklik zirvəsinə ucalan bir insansınız. Həyatda sizə stimul verən nədir, indinin özündə?
    -Bu gözəl sözlər üçün minnətdaram, mən neyləmişəm ki, təki Allah şəhərimizə bərəkət versin. Amin. Məni son vaxtlar həyata bağlayan, yaşamaq üçün həvəs verən 6 nəvəm var. Allah hamının balalarını saxlasın. Bax mənim üçün onlar, ayrı bir dünyadır. Mənim yaşamağıma zəmanət verən, o ən dadlı neymət olan nəvələrimdir.
    -Dəyərli insan Bilal müəllim, bizim üçün vaxt ayırıb həmsöhbət olduğunuza görə. Sözə həm öz adımdan, həm də bütün «DƏRBƏND» respublika qəzetinin kollektivi adından təşəkkür edirəm. Nə yaxşı ki varsınız, nə yaxşı ki, sizin kimi insanlar var.
    -Məni sayıb gəldiyinizə görə, yada saldığınıza görə mən sizə təşəkkür edirəm. «Dərbənd» qəzetinin bütün kollektivinə, şəxsən sizə baş redaktorunuz Tərlan Ələkpərova təşəkkür edirəm. Allah sizləri var eləsin, sağlam ömür arzulayıram.
    Bax beləcə də, bir məktəb boyda fəaliyyəti olan bir ziyalı ilə söhbətimizi sizə təqdim edirəm. Belə insanlar Bilal Hilaloviç kimi insanlar, hər zaman xalqın yanında olur və xalqın sevgisini qazanır. Allah dəyərli ziyalımızı qorusun.
    К.Kərimov