Dәrbәnd rәhbәrliyi Dәrbәnd şәhәrindә «Şimal» kanalizasiyası tәmizlәyici qurğularının 5-ci mәrhәlәsinin tikintisi üçün müqavilә imzaladı. Onun çәrçivәsindә yaxın gәlәcәkdә müqavilә bağlayan tәşkilat kanalzasiya tullantı sularının zibil, qum vә digәr möhkәm elementlәrdәn tәmizlәnmәsini tәmin edәcәk tikililәrin inşasına başlayacaq.
«Biz 2000-ci illәrin әvvәllәrindәn bәri davam edәn şәhәrimizin әsas problemlәrindәn birini hәll etmәyә çox yaxınıq. Cәmi 2 il әrzindә komandamız artıq bu istiqamәtdә uzun bir yol qәt etmişdir»- deyә Dәrbәnd icra başçısı Rustәmbek Pirmaqomedov mәlumat verdi.
Bugünә qәdәr şәhәrin әksәr hissәsindәn tәmizlәyici qurğulara çirkab suyu vurmaq üçün tәzyiq başlığı olan «Şәhәrәtrafı» kanalizasiya nasos stansiyası tikilmişdir.
Hәmçinin çirkab sularının dezinfeksiya edilmәsi üçün elektroliz emalatxanasının tikintisinә başlanılıb vә tәmizlәnmiş tullantıların sahildәn uzaqlaşdırılması üçün dәniz sahili boyunca 1.2 km uzunluğunda dәrin su çıxışı qoyulub.
Artıq növbәti çimәrlik mövsümünә qәdәr Dәrbәnd әrazisindә ki, Xәzәr dәnizinә axın indikindәn daha az zәrәrli olacaq.
Tullantı suların 2023-cü ilin әvvәlinә qәdәr tәmizlәnmәsinә tam imkan verәcәk bioloji çirkab sularının tәmizlәnmәsi üçün tamamlayici 6- cı mәrhәlә qarşıdadır.
Qәdim şәhәrin başçısı Xәzәr dәnizinin qalxması sәbәbindәn dağıdılmış stansiya yerinә «Mamedbekovskaya» adlı yeni kanalzasiyanın tikintisi ilә bağlı qәrar verildiyini söylәdi. Onun vәzifәsi şәhәrin cәnub sәrhәdindәn başlayaraq X Tağıyev küçәsinә qәdәr bütün drenajların qarşını almaqdır.
Verilmiş qәrar 2023-cu ilin әvvәlinә qәdәr şәhәr sahillәrini tәmizlәnmәmiş bütün çirkab sulardan tәmizlәmәyә imkan verecek.