Dağıstan Başçısının işinin qiymətləndirilməsi barədə vətəndaşlar arasında sorğu aparılmışdır

«Indnkn Dağıstan Başçısının vəzifəsini müvəqqəti icra edən şəxsin işini necə qiymətləndirirsiniz?»
Bu sualla biz Tabasaran rayonunda müxtəlif təbəqələrdən olan insanlara müraciyət etdik və onlardan aşağıdaki cavabları aldıq.
Əsədulla Sarxatov, təqaüdçü- Zil kəndi:- Bir təqaüdçü olaraq respublikamızda baş verən siyasi və ictimai hadisələrlə bağlı xəbərləri izləməyə kifayət qədər vaxtım var. Indiki Dağıstan rəhbərinin işinə gəldikdə isə, zənnimcə o, olduqca energili bir insandır və respublikamızı ustalıqla idarə edir.
Xəbərlərdən göründüyü kimi, Sergey Alimoviç demək olar ki, hər gün aktual mövzularda iclaslar keçirir və konkret qərarlar qəbul edir. Koronavirusla əlaqəli vəziyyəti şəxsi nəzarəti altında saxlaması, respublika vətəndaşlarına ehtiyat tədbirlərinə riayət etmələrini vacib olduğunu xatırlatması məni çox sevindirdi.
Əlbətdə respublikamızda bir çox problemlər var, amma ümid edirəm ki, Sergey Melikov onları mərhələ- mərhələ həll edə biləcək. Bu nəcib işdə ona böyük uğurlar arzulayırıq.

Niyazitdin Misrixanov, Yersi kənd məscidinin imamı:- Əvvəla respublikamızın rəhbəri Sergey Melikova 13-14 may tarixlərini bayram elan etdiyinə və dindarların Id-əl fitr- Ramazan bayramını sakit keçirdiklərinə görə minnətdarlığımı bildirmək istəyirəm.

Həsənbəy Xidirov, müəllim, Məhraqa kəndi;- Mən şəxsən Sergey Melikovun fəaliyyətindən məmnunam. Bütün görüntülərə görə, bu insan hərbiçidir, çünki tam vaxtında, müntəzəm surətdə hərəkət edir və verdiyi sözə sadiqdir.
Çox aydın olmasa da, mənə elə gəlir ki, korrupsiyaya qarşı mübarizə hələ də aparılır. Hər halda, məmurların azsakitləşdiyi hiss olunur, hərbiçi insandan çəkinirlər. Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdığını başlayıblar. Bu hal Dərbənddə xüsusilə daha çox hiss olunur, çünki küçələr olduqca təmizdir. Bu yaxınlarda kəndimizdə də mütəmadi olaraq zibili yığıb aparmağa başlayıblar.
Dərs ili artıq başa çatmaq üzrədir. Tezliklə son zəngin sedaları ətrafa yayılacaq. Məktəbimizin bütün müəllim kollektivi adından Sergey Alimoviçə çətin lakin nəcib işində bundan sonra da müvəffəqiyyətlər arzulayıram.

Ikincisi, müqəddəs bayram və Ramazan ayının bitməsi münasibətilə təbriklərinə cavab olaraq Dağıstan müsəlmanlarına ünvanlanan bu isti sözlərə və xoş arzularına görə ona təşəkkür etmək istəyirəm. Allah onun bütün xeyirxah niyyətlərini qəbul etsin. Indiki zamanda bütün məzhəblərin inancları dini ayinləri üçün hər cür imkan və fürsət var.
Uca Rəbbimə dua edirəm ki, gəıəcəkdə də respublikamızda dinlərarası sülh və əmin-amanlıq olsun.

  • Mən də fürsətdən istifadə edərək, nəhayət rayonumuzun sakinləri üçün çox vacib olan Kecux- Yersi- Xuçni yolunun təmirinə başlandığı üçün respublikamızın başçısına öz dərin minnətdarlığımı bildirirəm. Qoy Allah onu xeyirxah əməllərinə görə qorusun və mükafatlandırsın!
    Sorğunu apardı: Qədirbəy Ömərov.
    Rus dilinə tərcümə edəni:
    A. Ağakişiyeva