Dağıstan diqqət mərkəzində


Son iki ildə dünyada bir çox proseslər baş verir. Onların içərisində arzu olunmaz hadisələrdə az deyil. Ən dəhşətlisi iki il davam edən Koronavirus pandemiyasıdır. Insanlar çox çətin vəziyyətə düşmüş gözə-görünməzdən imdad diləyirlər. Çünki pandemiya xəstəlik kimi dünyanın əksər alimləri tərəfindən təsdiq olunsa da onun lazımı səviyyəsidə müalicəsi üçün dərman preparatları tapılmır. Belə bir şərayətdə vaksinasiyanın yəganə çıxış yolu olduğu haqqında böyük müzakirələr, mübahisələr, tərəddüdlər davam edir. Kimin haqlı olduğunu bir mənalı qəbul etmək çətin və mümkün deyildir. Ümumdünya Səhiyyə Təşkilatı (VOZ) təkidlə bütün dünyada vaksinasiyanın keçirilməsini vacib olduğunu tələb edir. Ölkəmizdə də bu məsələyə münasibət birtərəfli deyildir. Lakin, onu da qeyd etmək lazımdır ki, bu xəstəliyə qarşı ən səmərəli vaksinalar məhz bizim ölkə alimlərinin işləmələridir. Ona görə də ölkəmizin bütün uşaqları və valideynləri üçün çox əziz olanbilik gününün həmoşə ki, kimi qeyd olunması bizisevindirməyə bilməz. Respublikamızüçün yeni tədris ili xüsusilə əlamətdar olmuşdur. Yeni tədris və məktəbəqədər tədris müəssisələrinin, körpələr evlərinin açılışını sosial-siyasətin həyata keçirilməsinin səmərəli istiqaməti kimi qiymətləndirmək olar. Xüsusilə ölkə Prezidenti Vladimir Vladimiroviç Putinin Vladivostokda olmasına baxmayaraq müdafiə nazirliyinin Dağıstanda tikib istifadəyə verdiyi sosial obyektlərin açılışında iştirak etməsini respublikamıza nə cür qayğı göstərilməsindən xəbər verir. Belə obyektlərindən biri xalqımızın görkəmli oğlu, çar Rusiyanın generallarından biri Balakişi Ərəblinskinin adını daşıyan Ərəblinskiy yaşayış məntəqəsində uşaq baxçasının açılışı olmuşdur. Müasir avadanlığla təchiz olunmuş və burada işləyən işçilərin səmərəli işləməsi üçünyaradılmış konfortlu şərayətlər təlim-tərbiyə prosesinin yüksək səviyyədə aparılmasını təmin edəcəkdir. Çıxışlara görə belə obyektlərin tikilib istifadəyə verilməsi ilin axırınadək davam etdiriləcəkdir. Bu ilk növbədə böyüməkdə olan nəsillərin müasir təhsil alması üçün olduğca vacib və davam etdirilməsinə böyük ehtiyac duyulan problemli məsələlərdən biridir. Respublikamızda hələ də qeyri-münasib binalarda yerləşən təlim-tərbiyə ocağları az deyil. Bu proseslərdə ölkənin müdafiə nazirliyinin iştirak etməsi alqışlayıram. Çünki hərbi inşaatçılar üçün intizam bir nömrəli vəzifədir və onlar öz sözlərinin üstündə möhkəm duran insanlardır. Yeni onların başladığı obyektlər təyinatından asılı olmayaraq bir qayda oporat planlaşdırılmış müddətlərdə istifadəyə verilir. Mənim yazımda Ölkə Prezidenti Vladimir Vladimiroviç Putinin «Mənim sevdiyim Dağıstanda» dediyi sözləri çox fərəfləndirmişdir. Doğrudan da hər cəhətdən nümunə kimi gösrilə bilən Dağıstanı sevməmək olarmı? Onun təbiəti, insanlarındakı tərbiyə, adət və ənənələrə sadiqlik respublikaya gələn minlər turistləri valeh edir.
Respublikamızın idman sahəsindəki qələbələri, dünya idmanının inkişafına verdiyi töhfələr haqqında çox danışmaq, böyük əsərlər yazmaq olar. Biz qonaqpərvərliyi nə isə qazanmaq üçün yox, adi həyat tərzi olduğunu göstəririk. Bu günki dünyada, insanpərvərlikdən qiymətli heç bir şey yoxdur. Biz belə doğulmuşuq, belə də həyatı davam etdirəcəyik.
K. Kərimov