Dağıstan fermerlərinə eşq olsun!

                       

Dövlət proqramları sayəsində ölkənin kənd təsərrüfatında idxalı əvəzləmə sürətlə inkişafedir. Rusiyanın aqrar-sənaye kompleksində vəziyyət kifayət qədər yaxşıdır.

Bu günə qədər taxılla təminat 170 faizdən, bitkiyağı 200 faizdən, şəkərlə 100 faizdən artıqdır və bir çox digər göstəricilər yüksəkdir.

Bütün bunların əsasında ərzaq təhlükəsizliyi və kənd əhalisi ilə bağlı qəbul edilmiş qanunlardayanır. Ölkədə kəndin kompleks inkişafı proqramı həyata keçirilir. Kənd məktəblərinin, ambulatoriyaların, yolların və digər infrastrukturun tikintisinə maliyyə ayrılıb. Kənd təsərrüfatı Dağıstan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsinə və aqrar-sənaye kompleksində yüksək keyfiyyətli məhsullar üçün regional bazarın doyurulmasına yönəlmiş idxalın əvəzində mühüm rol oynayır.

Bu prosesdə birbaşa olaraq Dərbənd rayonunun Berikey kənd   sakinləri iştirak edir. Kənd təsərrüfatı torpaqlarında çoxlu çeşiddə meyvə və tərəvəz becərilir. Bunlar yüksək intensivbağçılıq, üzüm bağları, yüksək keyfiyyətli tərəvəzlər — pomidor, bibər, badımcan, sarımsaq, qarğıdalı, bostan və s. Bütün bu yüksək keyfiyyətli məhsullar Rusiya və Dağıstan ərazisində satılır. Kavkaz federal magistralyolunun kənarında Padar kəndinin yaxınlığında topdansatış bazarı var. Hər kəs öz kənd təsərrüfatı məhsullarını sata bilər. Dağıstan Respublikasında kənd təsərrüfatı istehsalının düzgün təşkili əhalinin gələcəyə inamlı olmasına imkan verir, ölkədə kənd təsərrüfatı məhsulları qıtlığı olmayacaq. Kəndin gələcək inkişafına inam var!

        Ruslan Musayev.

    Rus dilindən çevirəni:Mirhəmidova S.V