Dağıstanlı həkimlərin fədakarlığını əks etdirən “Birinci qala” adlı sənədli film may ayının 15-dən dağıstan tamaşaçılarına nümayişə çıxarılacaqdır.Bu kinolent Dağıstanda koronavirusla mübarizənin ildönümünə həsr olunur. “Birinci qala” filmi COVİD-19 pandemiyasının ilk günlərindən “qirmızı zonada” çalışan həkimlərin, tibb bacılarının, felşerlərin,kiçik tibb bacılarının,könüllülərin həyatından bəhs edir.Filmin müıllifləri 2020- ci ilin yazında Dağıstanda ən qaynar hadisələrlə bağlı dövrü yenidən canlandırıblar. Ötən il xəstəxananın əməkdaşları öz peşəkar boclarını yerinə yetirmək üçün necə çətinliklərlə qarşılaşdıqlarını, necə fədakarlıq göstərdiklərini, nələri qurban verməli olduqlarını ustalıqla əks etdirən bu filmin çəkilişləri Maxaçkala şəhər kliniki xəstəxanasında aparılıb.
Filmin çəkilişləri üzərində Daniil Çernoqorsev ,dağıstanlı jurnalist İsrafil İsrafilov,ssenari müəllifi Anastasiya Yermoşkina, operator Aleksandr İqnatyev və kompozitor Nikolay Mişenko işləmişlər.
Rejissor Daniil Çernoqorsev film haqqında fikrini belə bildirdi :” Pandemiya tək bizim ölkəmiz üçün deyil ,bütün dünya üçün bir bəlaya çevrilmişdir. Biz hər gün xəbərlərdə eşidirdik ki,pandemiya dövründə insanlar necə hər bir kəs üçün mücadilə aparır, qorxu bilmədən gecə- gündüz çalışırlar. Biz filmimizdə Dağıstana gedərək,oradakı qeyri- adi insanlardan, həkimlərdən söhbət açacağıq . Tək dərman və fədakarlıqla deyil, insanların birliyi,xalqın həmrəyliyi, xalqlaı dostluğu ilə bu xəstəliyin üzərində qələbə çaldıqlarını göstərəcəyik.”
Filmin prodüseri İsrafil İsrafilov ümid edir ki, dağıstanlı həkimlərin fədakarlığı, qəhrəmamlığı bu filmdə layiqincə öz əksini tapıb: ”Biz həkimlərin, tibb bacılarının,könüllülərin həyatından azacıq məqamları işıqlandırmışıq, çoxu isə kadr arxasında qalıb.Biz bununla onların nələrdən keçdiyini göstərmək istəmişik.
Həkimlər- ucsuz-bucaqsız cəbhənin misli görünməyən çətinliklərinin öhdəsindən gələ bilən döyüşçüləridir ki, xəstəliyin qızğın vaxtında infeksiya fəlakətinin qarşısını almağı bacardılar”-deyə İsrafil İsrafilov bu barədə öz fikrini belə bildirdi.
N. Rəhim qızı