Dağıstan məktəblərində nağdsız qida ödəmə layihəsinə və pullu əlavə təhsil xidmətlərinə başlanılıb. Kaspiyskdəkdə yerləşən Respublika təhsil mərkəzi yeni xidmət üsulunu sınaqdan keçirmək üçün məkan seçilmişdir.
Nağdsız qida ödəmə xidməti valideynlərə necə kömək edəcək? Onun vasitəsilə valideynlər məktəbli uşaqlarının xərclərinə nəzarət edəcək, nağd pul istifadəsi ilə yaranacaq riski azaldacaq,habelə layihə vasitəsilə xərclərin şəffaflığı və təhsil müəssiəsinin büdcə xərclərinin qənaətlə istifadəsi təmin ediləcəkdir. Bundan əlavə,mobil tətbiqetmədən istifadə vasitəsilə valideynlər ödəmə kartlarını yükləmə imkanı əldə edəcək, məktəb menyusu barədə məlumatı izləmək imkanı əldə edəcək, övladlarının nə ilə , necə qidalandığına da nəzarət edə biləcək və nağdsız ödəmə vasitəsilə pullu əlavə təhsil xərclərini ödəyə biləcəklər.
Dağıstan Respublikasının Milli bankının şöbə müdiri Murad İdrisov :”Reqionun təhsil müəssisələrinin qarşısında bir çox mühüm məsələlər durur ki, onların siyahısında yenilikçi texnologiyanın təhsil prosessinə tətbiq edilməsi və təhsil prosessinin və iqtisadi fəaliyyətin ümumi rəqəmsallaşmasıdır. Kampus layihələrinin həyata keçirilməsi yalnız regionda nağdsız əməliyyatların sayını artırmaq məqsədi güdmür, həm də tədris müəssisələrinə hərtərəfli giriş nəzarətinin həlli, məktəblilərin davamiyyət qeydləri, onların qidalanması ,xüsusən də güzəştli kateqoriyadan olan məktəblilərin.Pilot layihənin bir hissəsi kimi artiq məktəblilər üçün 1500 kart buraxılmışdır.Eyni kartın müəllimlərə də verilməsi nəzərdə tutulub. Pilotun respublikanın başqa tədris müəssisələrində də təkrarlanması əhalinin maliyyə təhsili sahəsində əlavə bir platforma olacaqdır”-deyə şərh etdi.
Məktəblərdə nağdsız qida ödəmə layihəsinin tətbiqi “yol xəritəsinin”prioritet sahələrinin həyata keçirilməsndə, regionun ərazisində maliyyə xidmətlərinin artan əlçatanlıq və nağdsız ödəmələrin artırılmasında əhəmiyyətli rolu vardır.
Bu, Dağıstan Respublikasının Milli bankının bölməsi və Dağıstan Respublikası elm və təhsil nazirliyinin birgə həyata keçirdikləri layihədir.