Dağıstan rəhbəri vətəndaşların hərbi xidmətə payız çağırışına hazırlıqla bağlı müşavirə keçirib

 

 

Əsas:

 

Çağırış oktyabr ayında başlayacaq və 2024-cü ilin dekabr ayının sonuna qədər davam edəcək.

 

2006-1994-cü il təvəllüdlü vətəndaşlar hərbi xidmətə çağırılırlar.

 

Dağıstan hərbi komissarlıqların, bələdiyyə rəhbərlərinin və kütləvi informasiya vasitələrinin birgə səyləri nəticəsində bu ilin yaz kampaniysı  tapşırığını tam şəkildə yerinə yetirib.

 

Sergey Melikovun sözlərinə görə, payız çağırışı da bundan aşağı səviyyədə  təşkil edilməməlidir.

 

Bu günədək hərbi xidmətə çağırılmalı olan vətəndaşların siyahıları tərtib edilib, çağırışçılar hərbi komissarlıqlarda məlumatlandırılıb, toplanış məntəqəsinin zəruri olan hər şeylə təmin olunması istiqamətində işlər davam etdirilir.

 

İşçi qrup hərbi xidmətə çağırışa hazırlığın gedişini yerindəcə yoxlayır və əməli köməklik göstərir.

 

Çağırış komissiyalarının sədrləri, şəhər rayon və bələdiyyə rayonlarının hərbi komissarları, şöbə rəisləri ilə təlimat-metodiki məşğələlərin keçirilməsi nəzərdə tutulur.

 

Xatırladaq ki, çağırışçılar xüsusi hərbi əməliyyat zonasına  cəlb edilməyəcəklər.