Dağıstan Respublikasının İnformasiya və Mətbuat Agentliyinin rəhbəri Abdurazak Camalutdinov Karabudaxkənd rayonunun Qurbuki kəndində çoxfunksiyalı idman meydançasının açılışında iştirak edib. Rayon rəhbəri Mahmud Əmirəliyevin sözlərinə görə, ərazi 1 saylı

Qurbuki məktəbinin ərazisində yerləşir və “Qazprom” PSC-nin vəsaiti hesabına tikilib. “Qazprom uşaqlar üçün” proqramı çərçivəsində 2023-cü ildə respublikada 15 sosial obyektin tikintisinə dair razılıq regionun rəhbəri Sergey Melikovla “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller arasında keçirilən görüşdə əldə olunub. Bu meydança komanda idman növləri üçün nəzərdə tutulub: mini-futbol, voleybol, basketbol. Meydançanın ömrünü artıracaq müasir drenaj sistemi quraşdırılmışdır. “Böyük qələbələr həmişə kiçikdən başlayır. Zəfərlər burada belə idman meydançalarında, məktəb stadionlarında yaranır. Buna görə də kütləvi idmanın inkişafı prioritet məsələdir”, — deyə Abdurazak Camalutdinov bildirib.

S. Salehova