Dağıstan yol qəzalarında ölən uşaqların sayına görə regionlar arasında liderdir

Dağıstanda 2023-cü ilin ilk altı ayında regionlararasında ən çox yol qəzalarında ölən uşaqların sayı qeydə alınıb. Bunu Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Hökumət Komissiyasının iclasında Respublika Daxiliİşlər Nazirliyinin Dövlət Yol Müfəttişliyinin rəisi vəzifəsini icra edən Murad Osmanov deyib. Onunsözlərinə görə, ilk 6 ay ərzində respublikanın avtomobil yollarında 16 yaşınadək 13 azyaşlı həlak olub, 102 nəfər yaralanıb. Osmanov əlavə edib ki, yolqəzaları nəticəsində ölənlərin sayında ümumi artımın qeydə alındığı Rusiyanın 40 regionu arasında Dağıstan dördüncü yerdə qərarlaşıb. “Molodejka”nın xəbərinə görə, ötən cümə axşamı hökumətin iclasında yolqəzaları nəticəsində ölənlərin sayının artması mövzusumüzakirə olunub. İlin əvvəlindən Dağıstanın avtomobilyollarında 718 qəza baş verib, nəticədə 147 nəfər ölüb.Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 29% çoxdur.

S. Salehova