Oktyabrın 8-i cümә günü Dağıstan Respublikası Hökümәti Sәdrinin müavini Murad Kaziyevin rәhbәrliyi ilә kimsәsiz uşaqların vә valideyn himayәsindәn mәhrum olmuş uşaqların yaşayış evlәri ilә tәmin edilmәsi mövzusunda iclas keçirildi. Müzakirәdә Dağıstan Respublikasının Tәhsil vә Elm Naziri vәzifәsini icra edәn Yaxya Buçayev, Dağıstan Respublikası Dövlәt Satınalmaları Komitәsinin sәdri vәzifәsini icra edәn Cafar Qacibekov, bәlәdiyyә rәhbәrlәri video konfrans rejimindә iştirak etdilәr. Murad Kaziyevin qeyd etdiyi kimi 2021- ci ildә kimsәsiz uşaqların yaşayış yerlәri ilә tәmin edilmәsi üçün respublika büdcәsindәn 450 milyon rubl mәblәğindә vәsait vә federal büdcәdәn isә sübsidiya şәklindә 138,9 milyon rubl ayrıldı. «Üçüncü rüb üçün tәyin olunan vәsait vә mәnzilin bir kvadrat metrinin dәyәri nәzәrә alınmaqla bu il 488 insan yaşayış yerlәri ilә tәyin olunması planlaşdırılır»- Kazıyev söylәdi.
Kimsәsiz uşaqların mәnzillә tәmin edilmәsi üçün bәlәdiyyәlәr tәrәfindәn görülәn tәdbirlәrin hәftәlik tәhlili aparıldığı qeyd edildi. Belә ki, hazırda 201 bәlәdiyyә müqavilәsi bağlanmışdır. Bunlardan 147 müqavilә respublika fondları hesabına, 54 müqavilә isә federal fondlar hesabınadır. Oktyabrın 7-nә olan mәlumata görә Daxadayevski, Kumtorkalinski, Tsumadinski, Çarodinks rayonlarında, hәmçinin Dağıstanın şәhәrlәrindә- Mahaçqala, Cәnubi Suxokumsk, Dәrbәntdә daxil olmaqla 8 bәlәdiyyәdә heç bir müqavilә bağlanmamışdır. Hal-hazırda mәnzil seçimi üzәrindә iş gedir.
Iclasın nәticәlәrinә görә Murad Kaziyev mәnzil seçimi vә bәlәdiyyә müqavilәlәrinin bağlanması üzrә işlәri güclәndirmәyi tapşırdı.