Forumun təşkilatçıları həmçinin regionların investisiya potensialının inkişafına verdiyi töhfəyə görə mükafat təqdim etməyi planlaşdırırlar.
KIF-2024-ə hazırlıq üzrə təşkilat komitəsinin ilk iclası zamanı Rusiya Baş nazirinin müavini Aleksandr Novak tədbirin ilk dəfə 2023-cü ilin yazında sərgi formatında keçirildiyini və bundan sonra illik foruma çevrildiyini vurğulayıb. Novakın sözlərinə görə, forumun sərgi sahəsi iki dəfə artacaq.
Regional stendlər və milli təsərrüfat sahələri ilə açıq sərgi təşkil olunacaq. Forumda həmçinin “Rusiya regionlarının iqtisadi artımına və investisiya potensialının inkişafına verdiyi töhfəyə görə” mükafatı təqdim olunacaq.
May ayında baş tutan Qafqaz İnvestisiya Sərgisində Dağıstanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi meyvə-tərəvəz klasterinin inkişafına yönəlmiş dörd investisiya layihəsini təqdim edib. Bu tədbir zamanı Dağıstan və Rosaqrolizinq, həmçinin «Polosa» MMC ilə VTB arasında müqavilələr imzalanıb.