Dağıstanda «Vətən müdafiəçilərinə Şöhrət»avtoyürüşünə start verilib

Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş genişmiqyaslı avtomobil yürüşü Dağıstan İqtisadiyyat Nazirliyinin binasında başladı.

İştirakçılar respublikanın 15 şəhər və rayonundan keçəcək, burada mitinqlər keçirəcək, veteranlarla görüşəcək və abidələrin önünə gül dəstələri qoyacaqlar. Aksiya «Pobeda» Fondu və «DR Zabitlər İttifaqı» tərəfindən regional nazirliyin dəstəyi ilə təşkil olunub.