Dağıstanın 100 illiyinə


Dağıstan Respublikasının yaranma tarixinin 100 illiyinə həsr olunmuş tədbirlər davam etməkdədir. Bu münvalla da, Dağıstanın hər bölgəsində tədbirlər keçirilir. Və bu bayramı bölgəmiz il boyu, möhtəşəm qeyd edir.
Oktyabrın 30-da Dərbənd şəhəri dağ-yəhudi teatrında DMSSR-in yaradılmasının 100 illiyinə həsr olunmuş “Dağıstanım doğma ocağım” adlı şəhər bədii özfəaliyyət müsabiqəsi keçirilib. Tədbir Dərbənd şəhərinin mədəniyyət şöbəsi tərəfindən hazırlanıb və bütün epidemioloji normalara riayət edilməklə və iştirakçılarda QR kodlar olduqda həyata keçirilib. Yarışda şəhərin ümumtəhsil məktəblərinin və ali məktəblərin tələbələri iştirak etdilər. Münsiflər heyətinin tərkibinə Dərbənd şəhəri mədəniyyət, idman, gənclər siyasəti və turizm idarəsinin sədri Samilə Nəcəfova, Dərbənd şəhəri mədəniyyət şöbəsinin müdiri Dilarə Sultanova, Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şair Zeynəb Dərbəndli və Aşurov adına Dərbənd şəhəri Musiqi Kollecinin vokal müəllimi Viktoriya İbrahimova daxil idi. Müsabiqənin qalibləri İlizarov adına Dərbənd Tibb Kolleci, Dağıstan Dövlət Texniki Universiteti və Dərbənd Musiqi Kollecinin tələbələri oldu. Qaliblərə Dərbənd şəhəri mədəniyyət, idman, gənclər siyasəti və turizm şöbəsinin diplomları, təşəkkürləri və hədiyyələri təqdim olundu. Həmçinin tədbirdə “Ən yaxşı kurator 2020 – 2021” müsabiqəsinin nəticələrinə yekun vuruldu. Şəhər, kütləvi tədbirlərdə fəal iştirakına, tələbə gənclərin mənəvi-əxlaqi tərbiyəsində xidmətlərinə görə orta ixtisas və ali təhsil müəssisələrinin kuratorları Mədəniyyət, Gənclər Siyasəti və İdman İdarəsinin xatirə hədiyyələri və təşəkkürləri ilə təltif ediliblər.
M. Seyidov