Dağıstanın Xalq şairi, «XX əsrin Homeri» Süleyman Staliskinin 155 illik yubileyinə

 

Daha saqqalına gümüş dən düşüb,
İlləri üfüqə aparır yollar.
Ulduztək Kremldə ucaldı şanın,
Fəqət ürəyində gizli qəmin var.

Yetim gecələrdə acı göz yaşı…
Könlünü qəm sıxır, köksünü ələm.
Ürəkdə əbədi yaralar qalıb; —
Bağçada bülbüllər, qəlbdə — qüssə, qəm.

Sənə yaraşıqdı dağlı geyimi,
Çəkdin şərəf ilə papaq andını.
Dayanıb yan-yana Qorki Maksimlə,
Tanıtdın dünyaya istedadını,

Şeirində tapdılar dərdin dadını.
Bahar şeirləri dinləmək xoşdur,
Sevincdi bağçada bülbülün səsi,
Bahar çiçəklidir şair nəfəsi.

Yolun çətin oldu, Süleyman baba,
Edib sərt talenin şahidi səni,
Bülbüllər oxuyur qəmli nəğməni.

Rutul dilindən Azərbaycan dilinə tərcümə edən Nurafiz Hüseynov (Nurafiz Hüseynov).
Məşhur Azərbaycan şairi, Bakı, 19 aprel 2024-cü il.