Dağıstan Dövlət Universitetinin bədən tərbiyəsi və İdman fakültəsinin birinci kurs tələbəsi Hüseyn Əliyev Rusiya Federasiyası Prezidentinin qrantını qazandı.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, Dağıstan Dövlət Universitetinin tələbəsi Novosibirskdə tay boksunda (Muay Thai) Rusiya Gənclərinin VI Yay Spartakiadasında qazandığı qələbə sayəsində «İstedad və uğur» Fondunun qrantına layiq görülüb.
Bədən Tərbiyəsi və İdman fakültəsinin dekanı Əbdülməcid Əmirbəyov Hüseynin görkəmli nailiyyətlərini və idman potensialını qeyd edib.

