Diqqətli olmağımız vacibdir

                       

Artıq hamıya məlumdur ki,yaşadığımız indiki dönəmdə hər birimizdən həddən artıq diqqət və ayıq- sayıq olmaq,ətrafımızdakı insanlara etibarımız olduqda belə  hər şeyə ehtiyatla yanaşmağımız gərəkdir.Çünki bu gün dünyada gedən savaşların,xüsusi hərbi əməliyyatların qurbanları daha çox mülki dinc əhali,uşaqlar və yaşlı insanlardır.Bir müəllim kimi mən hər zaman gələcəyimiz olan uşaqlarımızın bu hadisələrdən uzaq olmasını istəyirəm və arzulayıram.Elə bu məqsədlə də şəhərimizin mərkəzində yerləşən məktəblərdən birinə,N.Gəncəvi adına №6 saylı orta məktəbə gələrək vəziyyətlə tanış olmaq istədim.Məktəbdə məni ilk qarşılayan məktəbin tərbiyə işləri üzrə direktor müavini Gülnaz Ramazanovna oldu.

-Gününüz aydın olsun Gülnaz Ramazanovna,vəziyyət necədir?

-Çox sağ olun,xoş gördük.Gəlişinizin səbəbini bilmək olarmı?

Açığı,şagirdlərinizin təhlükəsizliyi ilə əlaqədar onların evakuasiyası barədə sizinlə söhbət etmək istəyirəm.

-Buyurun,eşidirəm sizi,əvvəla nəzərinizə çardırmaq istəyirəm ki,bu bizim həm kollektivimiz,həm də şagirdlərimiz üçün çox vacib məsələ olduğuna görə həmişə diqqət mərkəzindədir,xüsusilə indiki vəziyyətdə.Vaxtaşırı  aidiyyatı qurumdan bizə göstəriş verilərkən evakuasiya tədbirini kollektiv şəkildə yerinə yetiririk.Şagirdlərimiz bu barədə məlumatlıdırlar.

-Yəqin ki,məktəbin həm giriş,həm də çıxış qapısı var?

-Bəli,evakuasiya vaxtı siniflərin bəziləri həyətə açılan çıxış qapısından,kiçik yaşlı məktəblilərimiz isə giriş qapısından (yaxın olduğu üçün)təxriyə olunurlar.

-Gülnaz Ramazanovna,bəs onlarla   məktəbin həndəvərində,küçədə rast gəldikləri naməlum tapıntılara,əşyalara toxunmaq olmaz kimi  söhbətlər aparılırmı?

-Əlbəttə,hər gün onlarla həm sinif saatlarında,həm tənəffüs zamanı sinif rəhbərləri,hətta fən müzllimləri belə onları diqqətli olmağa,hər hansı bir yerdə rast gəldikləri müxtəlif əşyaların onların həyatları üçün təhlükə ola biləcəyini izah edirlər.Hətta bu barədə hər gün valideynlərə də xəbərdarlıq edilir ki,uşaqlarına nəzarəti artırsınlar.Sirr deyil ki,bu gün hər yerdə vəziyyət bunu hamımızda tələb edir.Necə deyərlər,ehtiyat igidin yaraşığıdır. 

-Vaxtınızı bizə ayırdığınıza görə çox sağ olun.                                                                                  Əziz həmvətənlərimiz,hamınıza firavan,dinc həyat və aydın səma arzulayırıq!

                                                                                          Hazırladı:Mirhəmidova S.V