Doğma yurdundan nəğmələri

Dağıstan öz bərli-bəzəkli dağları, çayları, bulaqları ilə tanınır və sevilir. Onun göz oxşayan əsrarəngiz gözəlliyi, dünyanı ona cəlb edib. Bu dağlar qoynunda doğulub, böyüyən mərd oğullar və qızlar, öz yurdunu hərə öz istedadı ilə təmsil edir. Kimi idmançı, kimi həkim, kimi alim. Dağıstanın dağlar yurdu olması ilə, onun dağ başında baş tacı kimi mərd dayanan kəndləri var.

O kəndlərdən biri də; Dağıstan Respublikası Dərbənd rayonunun Rükəl kəndidir. Bu kənddən bir çox böyük şəxsiyyətlər çıxıb. Elə uzağa getmədən 20-ci əsrdə orada doğulub boya-başa başa çatan bir neçə şəxsiyyətin adını çəkə bilərəm. Nəriman Əhmədov, Lətif Lətifov, Kimi Sultanov. Son zamanlar səsi və yaradıcılığı ilə hər yana səs salan (Dərbəndli) təxəllüsü ilə yazıb yaradan şairə Zeynəb Dərbəndli və bir çoxları.
Bugün sizə yaradıcılığı barədə söhbət açacağım şəxsiyyət isə, Rükəl kəndinin yetirməsi. Uzun illər həm kənd sovetinin rəhbəri, həm kəndin məktəbində direktor, indi isə həmin məktəbdə layiqincə öz müəllimlik peşəsini davam etdirən. Öz doğma Torpağına, yurduna ürəklə, canla bağlı insan Sultanov Maksim Tağıyətdinoviçdir. Uzun illər müəllim vəzifəsində çalışan Maksim müəllim, Vətənə, xalqına və insanlara olan sevgisini öz şeirləri ilə təsvir edir.

Elə bu minvalla da Noyabr ayının 21-də “Ədəbiyyat cüməsi” çərçivəsində Dərbənd şəhərinin Mirzə Kazım-Bek adına Yeni Nəsil Mərkəzi Kitabxanasının oxu zalında “Doğma yurdun xanəndəsi” Maksim Sultanovun yaradıcılıq gecəsi keçirilib. Gecəni giriş sözü ilə açan Mərkəzi Kitabxana Sisteminin direktoru, Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi Diana Əliyeva qeyd etdi ki, öz ana dilində yazan Dağıstan azərbaycanlılarının yaradıcılığında yeni bir ad yaranıb: “Vətənim haqqında çox söz”, “Məhəbbət ruhumun bulağıdır”, “N”in “Məhəbbət xanəndəsi” adlı üç kitabın müəllifi Maksim Tağıyətdinoviç Sultanov.

Yaradıcılıq gecəsini, kitabxanaçı Lena Yunusova idarə edirdi. O, qonaqları Maksim Sultanovun həyat və yaradıcılığı ilə tanış edib. Onun şeir toplularında, şairin doğma yurd-yuvasına olan daxili həsrətindən bəhs edilir; bölgəsini və təbii gözəlliklərini necə sevdiyini təsvir edir. Bu yaradıcılıq gecəsində Maksim Sultanovun qardaşı Klim Tağıyətdinoviç Sultanov; “Dərbənd” respublika qəzetinin baş redaktoru;
Tərlan Ələkbərov və qəzetin məsul katibi və gecənin təşkilatçısı Ayna Məmmədova. Xəzər Təbiəti Muzeyinin əməkdaşı, Mirzəbalayeva Gülpəri Şabanovna,
Azərbaycan Dövlət Musiqili Dram Teatrının aktyorları Dağıstan Respublikasının Əməkdar artisti, korifey sənətkar Məhərrəm Ömərov və Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şair-müğənni və aktrisa Zeynəb Dərbəndli. Ləzgi şairi, nəğməkar şair və müğənni Zeynəb Sultanəhmədova. Şairin tələbə yoldaşı Fikrət Həsrətov, Rükəl kəndi tam orta məktəbinin direktoru Yadıgar Mirzəxanoviç Mirzəxanov, Maksim Sultanovun qardaşı qızı Zeynəb Sultanova, şairin ailəsi və dostları. İştirak etdilər.
Görüş maraqlı və yaddaqalan keçdi.

Bu möhtəşəm yaradıcılıq gecəsi, ətirli çay süfrəsi arxasında səmimi söhbətlə başa çatıb.
Biz də «Dərbənd» respublika qəzetinin olaraq. Maksim müəllimə, yaradıcılığı uğurları arzulayırıq.